Modern.az

Yanukoviç Timoşenkoya “torba tikir”

Yanukoviç Timoşenkoya “torba tikir”

Dünya

26 Fevral 2010, 22:30

Ukraynanın yeni prezidenti Viktor Yanukoviç Baş Prokurorluğa baş nazir Yuliya Timoşenkonun fəaliyyətinin apaşdırılması barədə tapşırıq verib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu gün prezident Yanukoviç baş prokuror Aleksandr Medvedkonu qəbul edərək Timoşenkonun fəaliyyətinin araşdırlması barədə göstəriş verib.

Prezident qeyd edib ki, Baş Prokurorluq  və Hesablama Palatası  birlikdə hökumətin ötən il və cari ildə dövlət büdcə vəsaitləri,  eləcə də Beynəlxalq Maliyyə Fondundan alınmış vəsatlərin necə xərclənməsi üzrə araşdırma aparmalıdır. Baş prokuror qeyd edib ki, Timoşenko hökuməti prokurorluğun 50-yə yaxın vəsatətini rədd edib və artıq bu materiallar məhkməyə təqdim olunacaq.  Baş prokurorun sözlərinə dəstək olaraq Yanukoviç qeyd edib ki, qanunlara əməl etməyən məmurlara qarşı təcili ölçülər götürülməlidir. Yanukoviç hansı ölçülər götürüləcək, bu barədə  ətraflı danışmayıb.

 

Qeyd edək ki, Timoşenko hökuməti ötən il Beynəlxalq Maliyyə Fondu tərəfindən alınmış 10,6 milyard dollar vəsaitin qeyri-şəffaf xərclənməsində ittiham olunur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır