Modern.az

Putin: “Mir” telekanalı bütün MDB-də dini liderlərə söz demək imkanı verməlidir”

Putin: “Mir” telekanalı bütün MDB-də dini liderlərə söz demək imkanı verməlidir”

2 Fevral 2013, 14:03

Rusiyanın prezidenti Vladimir Putin “Mir” telekanalı vasitəsilə keçmiş Sovet Birliyi və MDB ölkələrinin ənənəvi məzhəblərinin məlumat dəstəyini təmin etmək təklifini irəli sürüb.

Modern.az “Ria Novosti”yə istinadən bildirir ki, Dini Şura üzvləri ilə görüşdə dinlərarası məsələlərin əhəmiyyətliyi və bunun KİV-də işıqlandırılması məsələsi qaldırılıb. Astana və Qazaxıstanın mitropoliti Aleksandr bildirib ki, bu günün gəncləri yalançı xristian və islam liderlərinin ekstremist ritorikasını saf doktrina kimi qəbul edirlər. Buna görə də o, ənənəvi din liderlərin KİV-də təqdim etməyi təklif edib.

“Bizim “Mir” telekanılımız var. Düşünürəm ki, həmkarlarım və MDB ölkələrinin liderləri ilə buna dəstək olacaq və bu media keçmiş Sovet Birliyi və MDB ölkələrinə ənənəvi məzhəblər haqqında yetərli məlumat toplamaq üçün müvafiq tövsiyələr verəcək”, –deyə Putin qeyd edib.

Qeyd edək ki, MDB ölkələrində fəaliyyət göstərən “Mir” beynəlxalq teleradio şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistanda rus dilində yayımlanır.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir