Modern.az

"NUR" Uşaq və Gənclər Birliyi mükafat alıb

"NUR" Uşaq və Gənclər Birliyi mükafat alıb

Qarabağ

2 Mart 2010, 19:57

Martın 2-də “Trend İA-nın konfrans zalında “Nur” Uşaq və Gənclər İctimai Birliyinin 10 illiyi münasibəti ilə tədbir keçirilib. Modern.az xəbər verir ki, İctimai Birliyinin sədri Sevinc Muradova çıxış edərək qeyd edib ki, bu illər ərzində çox uğurlar və nailiyyətlər əldə ediblər. S.Muradova deyib ki, “Nur” Uşaq və Gənclər birliyi 10 illik yubileyi munasibəti ilə mükafatlandırılıb. Belə ki, “Nur” Uşaq və Gənclər İctimai Birliyi bu il San Marino Aleksandr Bodini Fondunun Uşaq Mükafatına layiq görülüb. Mükafat fevral ayının 25-də ABŞ-ın Nyu York şəhərində San Marino Hökuməti üzvlərinin və UNICEF-in icraçı direktorunun iştirakı ilə təşkil edilən mərasimdə Azərbaycan Respublikasının BMT-də Daimi Nümayəndəsi Aqşin Mehdiyevə təqdim edilib.

Mətbuat konfransında çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord “Nur” Uşaq və Gənclər İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.

"Nur" Uşaq və Gənclərər İctimai Birliyi uşaqların təşəbüsü ilə 1999-cu ildə yaradılıb, 30 iyun 2003-cü il tarixdə Azərbaycan Rspublikası Ədliyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər