Modern.az

“Muğanbank”da treyderlərin müsabiqəsinin qalibləri müəyyənləşdi

“Muğanbank”da treyderlərin müsabiqəsinin qalibləri müəyyənləşdi

4 Mart 2013, 10:27



“Muğanbank” ASC “Muganbank Trading Station” ticarət platforması ilə işləyən treyderlərin növbəti müsabiqəsinin başa çatdığını bildirir.

Müəyyən edilmiş qaydalara əsasən müsabiqənin qalibləri ən yaxşı nəticə göstərmiş üç treyder olmuşdur. Birinci yeri İzzət Tağızade , ikinci yeri Rəhim Tağıyev, üçüncü yeri isə Rəşad Hacıbəyov tutmuşdur. Qaliblərə ümumi balansları 1200 ABŞ dolları təşkil edən real hesablar açılmışdır.

“Muğanbank” ASC ölkəmizdə ilk dəfə beynəlxalq valyuta bazarına çıxış şərtlərini sadələşdirmişdir. Beləliklə, beynəlxalq valyuta bazarında treyder olmaq arzusunda olan hər bir şəxs bankın www.muganbank.az saytında “Mugan Forex” bölməsində onlayn qeydiyyatdan keçib beynəlxalq valyuta bazarında treyder ola bilər.

“Muğanbank” ASC-nin müştəriləri, onlara, birja indeksləri, neft və qiymətli metallar bazarlarını əks etdirən 80-dən artıq valyuta cütləri və digər alətlərlə işləməyə imkan yaradan “Muganbank Trading Station” ticarət platforması vasitəsilə FOREX beynəlxalq valyuta bazarında rahat şəkildə valyuta-mübadilə əməliyyatları aparmağa imkan verən keyfiyyətli xidmətlər paketi əldə edirlər. Belə ticarət bütün növ mobil qurğulardan mümkündür.

Bank, müştərilərinə dünya maliyyə bazarından daha rəqabətə davamlı məzənnələr əldə etmək imkanı vermişdir. Bu da treyderlər üçün olduqca əhəmiyyətli üstünlükdür.

“Muğanbank” ASC müştərilər üçün ticarət hesablarını bir neçə dəqiqə ərzində açır və pul vəsaitlərinin hesablardan çıxarılması prosesi də eyni tezliklə baş verir. Bir çox müştərilər pul vəsaitlərinin, birbaşa, bank tərəfindən pulsuz verilən elektron karta köçürülməsi xidmətlərindən istifadə edirlər.

Bankın saytında dünya iqtisadiyyatının makroiqtisadi fundamental göstəricilərini xarakterizə edən qiymətlər real vaxt rejimində dərc olunur, hər gün valyuta cütlərinin hərəkətinin proqnozları verilir və dərc olunan proqnozlar üzrə faktiki nəticələrin açıq statistikası aparılır.

Treyderlər üçün Azərbaycan Bank Tədris Mərkəzi ilə birgə müvafiq təlimlər və tədris kursları həyata keçirilir.

Əlavə məlumatı (012) 933 telefon nömrəsinə zəng vurmaqla və “Muğanbank” ASC-nin rəsmi saytında //forex.muganbank.az/ səhifəsindən əldə etmək mümkündür.

   
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü