Modern.az

Milli Məclis Ombudsmanın hesabatını qəbul edib- YENİLƏNİB

Milli Məclis Ombudsmanın hesabatını qəbul edib- YENİLƏNİB

5 Mart 2013, 14:46

Ombusdman Elmira Süleymanova Milli Məclisdə illik məruzə ilə çıxış edib. Modern.az xəbər verir ki, ombudsman çıxışında bildirib ki, ötən il Azərbaycanda 40 məhkum əfv olunub. Onun sözlərinə görə,  ümumilikdə 2012-ci ildə ombudsmanın vəsatəti ilə 391 məhkum əfv edilib.

E.Süleymanova qeyd edib ki, ötən il həbs yerlərində saxlanılan şəxslər və məhkumlarla bağlı ombudsmana 1833 müraciət daxil olub.

"Müraciətlərdə məhkəmə hökmlərindən narazılıq, bəzən əməkdaşlar tərəfindən təzyiqə məruz qalma, müayinə və müalicə ilə əlaqədar müraciətlərə baxılmaması, dərmanların verilməməsi, kameraların yayda həddən artıq isti olması, cəzadan azad edilmiş şəxslərə birdəfəlik pul müavinətinin verilməməsi öz əksini tapıb. Baxışlar göstərir ki, həbsdə saxlanılan şəxslərin və məhkumların qida, tibbi yardımla və dərman preparatları ilə təminatının yaxşılaşmasına ehtiyac var".

Ombudsman həmçinin 2012-ci il ərzində prokurorluq orqanları ilə bağlı müvəkkilin ünvanına 695 müraciətin daxil olduğunu bildirib. E.Süleymanova onu da qeyd edib ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən bəzi yerli prokurorluqlar tərəfindən təhqiqatın və ya istintaqın gedişinə zəif nəzarətin nəticəsidir ki, bir sıra halda toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsassız qərarlar qəbul edilib.

***

Müzakirələrdən sonra Mili Məclis Ombudsmanın illik hesabatını qəbul edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir