Modern.az

AFFA-da qaydalara dəyişiklik edildi

AFFA-da qaydalara dəyişiklik edildi

3 May 2013, 12:52

AFFA-nın keçirdiyi “Coka-Colam” məktəbli kubokunun bu günlərdə start veriləcək final mərhələsində yeni qaydanın tətbiqinə başlanacaq. Modern.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yeni qayda aşağı yaş qruplardan ibarət futbol komandalarda çıxış edən uşaqlarda ədalətli oyun vərdişləri, rəqibə hörmət oyun əsasnaməsinin tələbinə uyğun şəkildə keçirmək vərdişlərinin formalaşdırılması məqsədi daşıyır. Oyun ərzində sadalanan qaydalara əməl etmiş oyunmular hakim tərəfindən yaşıl kart göstəriləcək.

Yeni qaydanın tətbiqində əsas məqsədlərdən bir gələcək peşakar karyerası ərzində futbolçuların lazımsız sarı və ya qırmızı kart cəzasına məruz qalmaması üçün uşaqlarda müəyyən vərdişlər aşlamaqdır.

 

Abbas Quliyev

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir