Daha üç xəstə erməni Qarabağdan İrəvana aparıldı

Daha üç xəstə erməni Qarabağdan İrəvana aparıldı

Qərbi Azərbaycan

12 Yanvar 2023, 11:46

Bu gün səhər saatlarında Qarabağdan Ermənistana daha üç xəstə aparılıb.

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəsi Zara Amatuni bildirib.

"Bu gün üç xəstə iki müşayiətçi və bir tibb bacısı ilə birlikdə Ermənistana çatdırılıb", - Amatuni deyib.

Beləliklə, ümumilikdə Beynəlxalq Qızıl Xaç Komitəsi müvafiq müalicəyə ehtiyacı olan 19 xəstəni Qarabağdan Ermənistana daşıyıb.

Xatırladaq ki, dekabrın 12-dən azərbaycanlı ekofəallar Laçın yolunda etiraz aksiyası keçirirlər. Bununla yanaşı, yol humanitar məqsədlər üçün açıqdır.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ruben Vardanyan qadın paltarında Qarabağdan çıxmağa çalışıb