Modern.az

Müstəqil Azərbaycanın diplomat xanımları - onlar hansı səfirliklərdə çalışırlar? - ARAŞDIRMA - SİYAHI

Müstəqil Azərbaycanın diplomat xanımları - onlar hansı səfirliklərdə çalışırlar? - ARAŞDIRMA - SİYAHI

24 Sentyabr 2013, 08:50

Diplomatiya dedikdə əsasən beynəlxalq münasibətlərin iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması nəzərdə tutulur. Diplomatik xidmət bütün zamanlarda prestijli dövlət qulluğu sayılıb. Fövqəladə və səlahiyyətli səfir, konsul, daimi nümayəndə kimi vəzifələrdə çalışan diplomatlar ölkə başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə dövlət orqanların xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirmək və dövlətin hüquq və maraqlarını xaricdə müdafiə etməklə məşğul olublar.

Bu gün Azərbaycan Respublikasının xaricdə 80-dək səfirliyi, konsulluğu, daimi nümayəndəliyi fəaliyyət göstərir. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq arenada apardığı xarici siyasətin həyata keçirilməsi diplomatların üzərinə böyük məsuliyyət qoyur. Onlar bu işi ölkəmizin maraqlarının təmin olunmasına istiqamətləndirməyə çalışırlar. Bunu bacarırlar ya yox, bu, başqa yazının mövzusudur.
Modern.az saytının bu yazısında isə biz müstəqil Azərbaycan Respublikasının xaricdəki diplomatik korpuslarında çalışan xanımlardan bəhs edəcəyik.

Qeyd edək ki, Azərbaycan qadınının diplomatiya sahəsindəki ilk uğuru tarixdən də bizə məlum olduğu kimi, orta əsrlədən başlayır. Bu uğur Şərqin ilk diplomat qadını Sara xatunun adı ilə bağlıdır. Adı Azərbaycanın dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. O, oğlu Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını böyük səylə və müvəffəqiyyətlə həyata keçirib.

Bəs Sara xatunun müasir davamçıları kimlərdir? Gəlin onların adları və hansı ölkələrdə çalışdıqları barədə öyrənək.

Beləliklə, başlayaq Azərbaycanın ABŞ-dakı səfirliyindən. Xarici İşlər Nazirliyinin məlumatına görə, bu ölkədəki səfirliyimizdə 5 xanım çalışır: müşavir Nərgiz Akif qızı Qurbanova, 2-ci katib Günay Həbib qızı Rəhimova, 3-cü katiblər Səbinə Gündüz qızı Sadıqlı, Könül Roman qızı Süleymanlı, Vüsalə Fikrət qızı Muradəliyeva.

Nyu-York şəhərində yerləşən BMT yanındakı daimi nümayəndəliyimizdə 2 xanım diplomatımız var: 1-ci katib Esmira Firudin qızı Cəfərova, 3-cü katib - Leyla Novruz qızı Məmmədəliyeva.

Azərbaycanın Almaniyadakı səfirliyində çalışan xanım diplomatlarımız 2-ci katib Lalə Aydın qızı Ağayeva, 3-cü katib Sara Zakir qızı Abbasovadan ibarətdir.

Avstriyadakı səfirliyimizin 5 əməkdaşı xanımdır: müşavir Xanım Məmməd qızı İbrahimova, 1-ci katib Leyla Eldar qızı Qasımova, 3-cü katiblər Dilarə Zakir qızı Abdullayeva, Nahidə Fərhad qızı Əbdürəhmanova və attaşe İradə Əmrah qızı Məlikova.

Azərbaycanın Belarusdakı səfirliyində 1 qadın diplomat çalışır: 2-ci katib Nigar Üzeyir qızı Çəndirli.

Belçika Krallığında da Azərbaycanı təmsil edən dplomat xanımlarımız var. Səfirliyimizin müşaviri Fərəh Fikrət qızı Gözəlova, 1-ci katibləri Leyla Yaşar qızı Abdullayeva, Fərəh Fuad qızı Acalova, 2-ci katibi  Nərgiz Arif qızı Tağızadədir.

Azərbaycanın NATO yanında nümayəndəliyi də bu sıradan istisna deyil. Nümayəndəliyin iki 2-ci katibi xanımdır - Gülnar Yusif qızı Məmmədova və Jalə İbrahim qızı İbrahimova.

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yerləşən Baş Konsulluğumuzun işçilərindən biri qadındır - konsul Sevinc Rauf qızı İsmayılova.

Bolqarıstandakı səfirliyimizdə Azərbaycanı iki xanım diplomat təmsil edir - müşavir Nigar Timurçin qızı Əfəndiyeva, attaşe Leyla Cavanşir qızı Məmmədova.

Fransadakı Azərbaycan səfirliyinin işçiləri arasında da iki xanım diplomat var. Bunlar attaşelər Mahirə Sarı qızı Mustafayeva və Nigar Mütəllib qızı Tağıyevadır.

Parisdə yerləşən YUNESKO yanında Daimi Nümayəndəliyimizin attaşesi xanımdır - Günay Ağalar qızı Axundova.

Azərbaycanın Gürcüstandakı səfirliyində çalışan attaşelərdən biri xanımdır - Nərminə Nəbi qızı Süleymanova.

Hindistandakı səfirliyimizin müşaviri də xanımdır - Yeganə Adil qızı Qafqazlı.

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində 1-ci katib İradə Ağəli qızı Süleymanovadır.

İspaniya Krallığındakı səfirliyimizin 3-cu katibi də xanımdır - Nailə Ramiz qızı Rüstəmzadə.

İsveçdəki diplomatik korpusumuzda –səfirlikdə 3-cü katib Cəmilə Eldar qızı Nəzərovadır.

İtaliyada Azərbaycanı bir xanım diplomat təmsil edir. Bu, səfirliyimizin attaşesi Gülər Sirius qızı Salmanlıdır.

Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğumuzda da xanım diplomatımız çalışır - attaşe Sevinc Nizami qızı Qədirova.

Afrika qitəsində yerləşən və bu yaxınlaradək qanlı-qadalı ölkə kimi dünyaya səs salan Liviyada səfirliyimizin 1-ci katibi xanımdır - Sevda Çingiz qızı Fərəcova.

Macarıstandakı səfirliyimizin iki attaşesi xanımlardır - Aysel Mənsum qızı İbrahimli və Gülnarə Daşdəmir qızı Məmmədova.

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin də əməkdaşları arasında xanım var - 3-cü katib Aygün Əbülfəz qızı Hüseynova.

Niderlanddakı səfirliyimizin attaşesi Elnarə Nəsir qızı Nəsirovadır.

Azərbaycanın Özbəkistandakı səfirliyində 2-ci katib Aynurə Fəxrəddin qızı Şükürova, 3-cü katib Nərminə Üzeyir qızı Çəndirlidir.

Polşa Respublikasında da ölkəmizi xanım diplomatlar təmsil edir. Bunlar səfirliyimizin 2-ci katibi  Kəmalə Süləddin qızı Qasımova, 3-cü katib Xuraman Eldar qızı İsmayılova, attaşe Sevda Qasım qızı Musayevadır.

Azərbaycanın Rusiyadakı səfirliyində düz 7 xanım çalışır:
Müşavir - Nigar Vəli qızı Axundova
Müşavir - Gülnarə Əliqulu qızı Ağalarova
Muşavir - Fəridə Mövsüm qızı Ağazadə
1-ci katib - Sevda Böyükağa qızı Paşayeva
1-ci katib - Leyla Elman qızı Musayeva
2-ci katib - Gültəkin Sahib qızı Cəlilova
Attaşe - Lalə Arif qızı İsmayılova

Rusiyanın Yetaketinburq şəhərindəki Baş Konsulluğumuzun attaşesi də xanımdır - Marina İvanovna Yüzbaşbəyova.

Türkiyə Cümhuriyyətində diplomatik görəvdə bir neçə xanımımız çalışır. Bunlar səfirliyimizin 1-ci katibi  Nəcibə Məmməd qızı Nəsibova, attaşe Failə Hüsrün qızı Əliyeva, habelə İstanbuldakı Baş Konsulluğumuzun konsulu Emma Nikolay qızı Heydərovadır.

Türkmənistan Respublikasındakı səfirliyimizin 1-ci katibi Mahirə Sabir qızı Əsədova da xanım diplomatlarımızdandır.

Azərbaycanın Yaponiyakı səfirliyində çalışanlardan biri xanımdır - 1-ci katib Nərminə Aydın qızı Aslanova.

Yunanıstandakı səfirliyimizin 2-ci katibi də xanımdır -Xatirə Qəşəm qızı Müseyibova.

Hər hansı bir xalqın diplomatiya tarixi həm də o xalqın dövlət ənənələri, siyasi varlıq, müstəqillik tarixi deməkdir. Bu baxımdan, Sara xatunun bir dövlət xadimi və diplomat kimi hə­yat yolu xalqımızın diplomatiya tarixindəki şanlı səhifələrdən biridir.
Bilmək olmaz, bəlkə bu gün səfirlik və konsulluqlarda aşağı vəzifələr tutan Sara xatunun müasir davamçılarından da kimlərsə gələcəkdə daha yüksək diplomatik görəv yerinə yetirməklə Azərbaycanın diplomatiya tarixində özünəməxsus yerə sahib olacaq... 

Ə.QAFARLI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır