Modern.az

Deputat Konstitusiya gününü Lənkəranda qeyd etdi

Deputat Konstitusiya gününü Lənkəranda qeyd etdi

10 Noyabr 2013, 14:32

Deputat Hadi Rəcəbli bir qrup ziyalılarla Lənkəranda Konstitusiya günü münasibətilə görüş kecirib. Modern.az xəbər verir ki, görüşdə Bakinın orta və musiqi məktəblərinin bir qrup müəllimi, Lənkəran seçicilərinin nümayəndələri iştirak ediblər. H.Əliyev dühasının müəllifi olduğu Konstitusiyanın əsas məziyyətləri və dəyərləri haqqında siyasi elmləri doktoru Hadi Rəcəbli məlumat verib. Xalqa işləyən və xalqın hüquqlarını qoruyan Konstitusiyamızın əsas dəyərlərindən biri olan vətəndaşların sosial hüquqlarının qorunması söhbətdə önə çəkilib.

Görüşdə iştirak edənlər Azərbaycan Konstitusiyasının, müstəqil respublikamızın ana yasası olduğunu, ali qanunvericilik aktının Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasına yönəldiyini göstəriblər.

Müəllimlər söhbət əsnasında gündəlik qayğılarından, təhsillə bağli problemlərdən danışıblar. Bakı şəhər 260 saylı orta məktəbin müəllimi Yeganə Babayeva, Lənkəran rayonu Vel kənd orta məktəbinin müəllimi Əkbərov Nazim, Bakı musiqi məktəbinin müəllimi Ülviyyə Əliyeva çıxış edərək, Konstitusiyadan irəli gələn hüquqi bazanın möhkəmləndirilməsi ilə bağli fikir və təkliflərini bildiriblər. Lənkəran rayonu Aşağı-Nüvədi kənd sakini, iqtisadçı Elman Əliyev kəndə və kənddə kiçik sahibkarlığın inkişafına yönələn dövlət qayğısını dəyərləndirərək, burada mövcud olan reallıqları da qeyd edib. Yekunda Konstitusiya ilə bağli viktorina keçirilib, konsert nömrələri ilə tədbir başa çatıb.  



 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir