Modern.az

Milli Məclis bu günkü iclasının gündəliyinə DƏYİŞİKLİK etdi

Milli Məclis bu günkü iclasının gündəliyinə DƏYİŞİKLİK etdi

21 Noyabr 2013, 15:04


Milli Məclisin 22 noyabr tarixli iclasının gündəliyinə dəyişiklik edilib. Belə ki, gündəliyə iki məsələ də əlavə olunub. Milli Məclisin mətbuat katibi Akif  Təvəkklüoğlunun Modern.az-a verdiyi məlumata görə, bunlar Hesablama Palatasının keçmiş sədri Heydər Əsədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsi və Hesablama Palatasına yeni sədrin seçilməsi məsələləridir. Onun sözlərinə görə, bu iki məsələ Milli Məclisin noyabrın 22-də keçiriləcək iclasının gündəliyinə salınıb.

“Heydər Əsədovun başqa bir vəzifəyə təyin olunduğundan öz ərizəsi ilə Hesablama Palatasının sədrliyi vəzifəsindən azad edilməsi ilə bağlı Milli Məclisə müraciət edib. Onun bu müraciətinə ayın 22-də keçiriləcək iclasında baxılacaq”.

Akif Təvəkklüoğlu  onu da bildirib ki, Hesablama Palatasına yeni sədrin təyin olunması da milli Məclisin sabahkı iclasında müzakirə olunacaq.

“O, ki, qaldı yeni sədrin  təyin olunması ilə bağlı, bu məsılə də Milli Məclisin sabahkı iclasının gündəliyinə salınıb. Yəni bu məsələ Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi ilə bağlı məsələdir. Vüqar Tapdıq oğlu Gülməmmədov uzun müddət maliyyə sahəsində çalışmış çox təcrübəli bir insandır. Hazırda onun Hesablama Palatasının sədri seçilməsi ilə bağlı namizədliyi irəli sürülüb. Bundan əvvəl o, Azərbaycan Respublikası Hesablama Palatasında investisiyalara nəzarət şöbəsinin müdiri vəzifəsini daşıyıb. Bu sahədə çox təcrübəli və bacarıqlı işçi olduğu üçün onun namizədliyi irəli sürülüb. Sabahkı iclasda onun sədr seçilməsi ilə bağlı məsələyə baxılacaq”-deyə Akif Təvəkküloğlu bildirib.

A.Təvəkküloğlu deyib ki, Milli Məclisin sabahki iclasının gündəliyinə daha 22 məsələ təklif olunub.

“Bu məsələlərdən birincisi 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi barədədir. Bir neçə gün parlamentdə 2014-cü ilin büdcə paketinə daxil olan sənədlər müzakirə olundu və vaxt verildi ki, verilən təkliflərə baxılsın və bu müddət ərzində dövlət büdcəsi ilə bağlı tam fikir formalaşdırılıb Milli Məclisin növbəti plenar iclasına çıxarılsın. Eyni zamanda gələn iclasın gündəliyinə büdcə zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” qanun layihəsi, “2014-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi, “Milli Məcilisin 2014-cü il xərclər smetası haqqında” qanun layihəsi, “Hesablama Palatasının 2014-cü il xərclər smatası haqqında” qanun layisi salınıb”.

A.Təvəkküloğlu 22 noyabr iclasında bir sıra qanun layihələrinin də iclasın gündəliyinə təklif olunduğunu bildirib.

““İctimai təşkilatçılıq haqqında” qanun layihəsinin üçüncü oxunuşu, ““Sərhəddən keçən və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyaya düzəlişlərin təsdiq edilməsi haqqında qanun” layihəsi bu sıradandır. Eyni zamanda Mülkü Məcəlləyə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, “Patent haqqında” qanuna, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna, “Vergi Məcələsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna, “Dövlət rüsumu haqqında” qanuna, “Sosial sığorta haqqında” qanuna, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərin verilməsi” haqqında qanuna, Milli təhlükəsizlik orqanlarının 95 illiyinə dair  1919-2014-cü illər yubiley medalının təsis edilməsi əlaqələdar “Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik nəzərdə tutulur. Bundan əlavə, “Bələdiyyələrin ərazi və torpaqları haqqında” qanuna əlavə edilmiş bələdiyyələrin siyahısına dəyişiklər nəzərdə tutulub və “Xaçmaz rayonun Xraxoba kəndinin Talıblı adlandırılması haqqında” qanun layihəsinə baxılacaq”.

Gültəkin ƏLƏSGƏR         

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir