Modern.az

Yuşşenko Maydana gedir

Yuşşenko Maydana gedir

11 Dekabr 2013, 16:49


Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko daha bir keçmiş dövlət başçısı Leonid Kravçukun anonsunu verdiyi dəyirmi masada iştirakdan imtina edib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, onun bu addımına səbəb müxalifətin və ictimaiyyət nümayəndələrinin bu tədbirə qatılmaması olub. Yuşşenko onu da deyib ki, Azadlıq meydanına getməsini piara çevirmək istəmir: “Mən Maydanla bir yerdəyəm. Hər dəqiqə Maydandayam”.

Yuşşenko dekabrın 10-da axşam Maydanda baş verənləri izlədiyini də bildirib: “Bütün gecəni bu hadisələrin gedişini izləyirdim. Açıq deyəcəyəm, bu çox pisdir, hətta deyərdim ki, dəyirmi masa fonunda mümkünsüz, qəbuledilməzdir. Düşünürəm ki, bizi sadəcə olaraq başqa səmtə və başqa ssenariyə tərəf itələyirlər. Mən istəməzdim ki, bizim ölkəmizdə Liviyada, Suriyada, yaxud Misirdəki ssenarilər inkişaf etdirilsin. Bu gün də inanıram ki, Ukrayna variantı var”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər