Modern.az

Keçmiş baş nazir hökumətlə gizli danışıq aparır

Keçmiş baş nazir hökumətlə gizli danışıq aparır

11 Fevral 2014, 11:50


Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Klyuev ötən həftə keçmiş baş nazir Yuliya Timoşenkoya həbsxanada baş çəkib. Modern.az saytı bildirir ki, bu haqda “Kommersant-Ukraina” müxalifətin Ali Radadakı fraksiyalarından birinin rəhbərliyinə istinadən məlumat yayıb. Timoşenkonun rəhbəri olduğu “Batkivşina” Partiyasında bu məlumatı şərh etmək istəməyiblər. Eyni zamanda, adıçəkilən nəşr iddia edir ki, Xarkovda keçirilən danışıqların predmeti siyasi böhrandan birgə çıxış yollarının aranması və hakim Regionlar Partiyası ilə “Batkivşina”nın parlamentdə birgə səylərinin artırılması olub. Ukraynalı politoloq, Qlobal Strategiyalar İnstitutunun direktoru Vadim Karasev geniş parlament koalisiyasının yaradılması ideyasını düzgün, ancaq hələ çiy olduğunu deyib. Onun fikrincə, bu variant böhrandan çıxışa səbəb ola bilər, amma Timoşenko da daxil olmaqla müxalifətin buna gedəcəyi hələ ki bəlli deyil. 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər