Arxiv
16 mart 2014, 16:41 | DÜNYA
Krım əldən getdi…

Sənəd 5559 CC 

...1944-cü il. Sovet İttifaqı üçün müharibədə dönüş ili idi. Həmin il Krım tatarları üçün isə məcburi deportasiya ilə yadda qaldı. Səbəb Stalinin silahdaşı L.P.Beriyanın  həmin il mayın 10-da yazdığı  məktub oldu: “Əfsanəvi Krım torpağının qədim sakinləri - Krım tatarları Vətənə və Sovet Ordusuna xəyanət edərək, düşmən cəbhəsinə - almanlar tərəfə keçiblər. Sovet xalqına qarşı etdikləri xainlikləri nəzərə alaraq, Sizə bildirmək istəyirəm ki, onların Sovetlər Birliyinin belə gözəl və əhəmiyyətli guşəsində yaşamamaqları üçün bütün Krım  tatarlarının Krımın hər yerindən yığılıb köçürülməsi haqqında layihəmizi və SSRİ Daxili İşləri üzrə Xalq Komissarlığının (NKVD) qərarını baxılmaq üçün təqdim edirik”.
Bir xalqın taleyini  viran  eləmək üçün yazılmış bir məktub və sənəd!!!  Bu müdhiş sənədin nömrəsi № 5559 CC idi.
Və bu məktubun cavabı özünü çox gözlətmir. 18 maydan etibarən 2 gün ərzində  191044 Krım tatarını 67 eşalon qara, pəncərəsiz mal –heyvan vaqonlarına doldurub, Özbəkistana sürgün etdilər.
1944-cü ilin 20 mayında saat 16.00-da sürgün və köçürülmə əməliyyatı başa çatdı.  Məcburi köçürülənlərə adambaşına 8 kilo un, 8 kilo tərəvəz, 2 kilo düyü götürməyə icazə vermişdilər. Krımın yenidən qurulması üçün isə dövlət 37250 rubl  vəsait ayıraraq, Krım tatarı olmayan hər kəsi bölgəyə dəvət etdilər. Krım tatarlarsız qaldı.

Krım xalqının milli lideri Yuri Bəkir oğlu Osmanov


Nəhayət ki, daim Vətən həsrəti ilə uzaqlarda yaşayan Krım tatarlarının doğma torpaqlara qayıtmaq arzuları və mübarizələri 1989-cu ilin noyabrında reallaşdı. SSRİ Ali Soveti “Krım tatar xalqının problemləri üzrə SSRİ Ali Soveti Komissiyası işinin yekunları haqqında” DEKLARASİYA Krım tatarlarının tarixi vətənə qayıtması üçün təminat oldu. Bu sənəd qəbul olunana kimi isə Krım tatarlarının çox görkəmli mübarizləri nə bəlalar, işgəncələr çəkdilər. Dissident olub, sovet həbsxanalarında yatdılar.
Onlardan biri də Yuri Bəkir oğlu Osmanov idi. Ömrünü öz xalqının Krıma köçürülməsinə, azadlığına sərf etdi. Onunla 1990-cı ildə Daşkənddə tanış olmuşdum. Çox hündürboylu, son dərəcə savadlı, istedadlı, həsəd aparıla biləcək dərəcədə ağıllı və iti yaddaşlı Yuri Bəkir oğlu söhbət əsnasında dedi ki, Sovet rejimi onu məhkum edib, Sumqayıtdakı Şüşə zavoduna islah olunmaq üçün göndərmişdi. O isə özü şərqşünas, fəlsəfə alimi olmağına baxmayaraq, bu zavodda insanların əməyini yüngülləşdirmək üçün bir neçə layihə irəli sürmüş və bu layihələr istehsalatda çox uğurla tətbiq olunmuşdu. Sonra isə mənə Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından bir neçə bəndi rus dilində əzbər demişdi. Onu da bildim ki, atası Bəkir Osmanov da öz zamanında Krım Tatar Milli Hərəkatının banisi olub. Oğul Yuri isə atasının arzularının və yarımçıq qalmış ideyalarının davamçısı kimi, həmin amal uğrunda vuruşdu, canından, malından keçdi!!! Əqidəsindən, məsləkindən keçmədi!!! Hətta psixi xəstəxanalar belə, onu yolundan sarsılda, əqidəsini qıra bilmədi!!!  1989-cu ildən başlayaraq Krım tatarları tək-tək Vətənə qayıtdılar.
Krım Tatar Milli Hərəkatının lideri Yuri  Osmanov deyirdi ki, krımlıları öz tarixi  vətənlərində duz-çörəklə qarşılamayacaqlar. Və çıxışlarının birində söyləmişdi: “Bizi bir oyuna salıblar. Sənədsiz torpaqlar verirlər. Bu torpaqlara yiyələnmək üçün də başımız çox bəlalar çəkəcək. Asanlıqla sahib ola bilməyəcəyik...                                                       Lakin biz, öz tarixi Vətənimizə sahib oluncaya qədər bu Vətəndə bitəcəyik!!!”.
Və... 1990-cı ildə  “Deportasiya edilmiş xalqların işi üzrə Komitə” yaratdı. 1993-cü ilin 4 oktyabrında Krım Tatar Hərəkatının işçi qrupu ilə İstanbula getdi. Krım tatar xalqının LİDERİ Yuri Osmanov “Araket” qəzetində görəçəkləri bütün işləri  yazdı. Planlarını açıqladı. Bu o zaman idi ki, Ukraynada prezident seçkiləri və 50 illik fasilədən sonra Krım Ali Sovetinə seçkilər başlayacaqdı...


... 6 noyabr 1993-cü il axşam Ukrayna kütləvi informasiya vasitələri belə bir xəbər yaydılar: “Krım Tatar Milli Hərəkatının lideri Yuri Bəkir oğlu Osmanov axşam saat 6 radələrində Simferopolda (Ağməçiddə) məlum olmayan şəraitdə, naməlum şəxlər tərəfindən qətlə yetirilib...”.
Sonradan bu cinayətin motivini bir qrup xuliqan tərəfindən xuliqanlıq zəminində  edilən cinayət kimi tövsiv edəcəkdilər. Nə yazıqlar olsun ki, xuliqanlar Yuri Osmanovu  öldürərkən cibindəki puluna və qolundakı saatına toxunmayacaqdılar. İdmanın bir çox növünə bələd olan, 190 sm boya malik kişini sən demə xuliqanlar qətlə yetiriblərmiş... Təbii ki, sifarişçiləri tapmaq, Rusiyaya  o vaxt çox yaxın olan Ukraynaya sərf etmirdi. Əsas o idi ki, LİDER aradan götürülmüşdü. 52 yaşlı  Yuri  Osmanov xalqını Vətəninə qaytarandan sonra, qətlə yetirildi...

Krımlılar Krımda bitməyə başladı...

Çətinliklə də olsa, 24 ildir ki, tatarlar ANA KRIMda bitməyə başlayıblar. Məni Krıma dostlarım bağlayır. Krım tatarı olan dostlarım, orada yaşayan azərbaycanlı dostlarım. Zera Bəkirova - türk dünyasının tanınmış yazarı, jurnalisti, 100 yaşlı “Yeni Dünya” qəzetinin baş redaktoru. Rəhim Hümbətov - Krımdakı Azərbaycan diasporunun sədri. Daşkənddə jurnalistikadan mənə dərs deyən Bekir Ablayeviç. 1996-ci ildə Krım tatarları məni Bəkir Çobanzadə adına diploma layiq gördülər.  2012-ci ildə Krıma dostlarımı görməyə getmişdim. Gerey xanlığından yadigar qalmış Ağməçidə (Simferopola). Ruslar işğal edənə qədər bu şəhərin adı Açməçid olub. Krım tatarları onu elə belə adlandırırlar. Baxcasarayın, Ağməçidin, Yaltanın bazarlarını gəzəndə xeyli sevinmişdim. Kurortlar diyarı olan dünyanın bu gözəl göbəyində Krım tatarları artıq öz milli adət-ənənələrinə uyğun olan suvenirlər, məişət əşyaları satırdılar... Sevindim ki, krımlılar artıq öz mədəniyyətlərini dirçəldiblər. Bu milli məişət əşyaları, əl işləri ilə Krımın sahibi olduqlarını bir daha təsdiq etmişdilər. Lap az vaxt qalmışdı ki, Yuri Bəkir oğlu Osmanovun Krımı azad görmək arzusu baş tutsun...

...Qərbin və Risuyanın mənfur oyununa uyan başıboş, səriştəsiz Ukrayina liderləri, Krımı əldən verdilər. Qara dənizin sahillərində yerləşən Türk dünyasının baş tacının ən bahalı və qiymətli daşını qoruya bilmədilər. Öz oyunlarında Krımı  imperializm canavarına uduzdular. KRIM ƏLDƏN GETDİ... Onu daha qaytarmaq çətin olacaq. Necə ki, biz Qarabağı qaytara bilmədik!!!  

Söz vaxtına çəkər deyiblər. 2004-cü ildə mart ayının 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana ilk rəsmi  səfəri zamanı bizim jurnalistlər  Özbəkistanın prezidenti İslam Kərimova Qarabağ münaqişəsi barədə sual ünvanladılar. Müdrik İslam Kərimov belə cavab verdi: “Qarabağ münaqişəsi ermənilərin deyil, böyük dövlətlərin oyunudur...”.
İndi o böyük dövlətlər Ukraynanı da oyuna saldılar. Hələ bu kəsilən Krım ağrısı onların çox yandıracaq. ATƏT,  Avropa Şurası, BMT nə qədər qərar çıxarsa da, boş şeydir... Əslində Ukraynanı oyuna salanlar, indi  kənardan müşahidəçi qismində tamaşa edirlər. Krımlıları hər kəs satdı. Bu boyda dünyada bir dövlət əlini qaldırıb, rus ayısına “dayan!” demədi... Rusiya hansı qərara əməl edir ki. O özü oyunçudur. Hələ ki, meydanda qalib odur. Belə oyunlarda çox əzilən isə türk mənşəli, müsəlman dinli ölkələr və vətəndaşlar olur...
Krım da Çeçenistan, Osetiya, Dağıstan, İnquşetiya, Tatarıstan kimi Rusiyanın müstəmləkəsi oldu. 400 minə qədər Krım tatarı yenə rusa yem oldu!!!
Ona görə də  bütün dünyanın TÜRKLƏRİ BİRLƏŞİB, TÜRK QLOBALİZMİNİ yaratmalıdırlar. Bəlkə bu birlik bizi ayaqda saxlaya bildi. Yoxsa ki, AMAN,  XAÇ YÜRÜŞÜNDƏN!!!


Aida Eyvazova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 13:02 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47 Oğurluq edib, sonra evi yandıran şəxslər saxlanıldı - FOTO 10 İyul 2020, 11:41 Mehriban Əliyeva virusa yoluxmuş daha bir həkimlə bağlı TAPŞIRIQ VERDİ 10 İyul 2020, 11:35 Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir   10 İyul 2020, 11:30 BMT nümayəndəsi əhaliyə çağırış etdi - “Bunu Azərbaycan üçün edin” 10 İyul 2020, 11:25 Yaponlar bu dərmanın koronavirusa qarşı faydasız olduğunu SÜBUT ETDİ 10 İyul 2020, 11:20 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 10 İyul 2020, 11:15 Hacıqabulda reydlər davam edir - FOTO 10 İyul 2020, 11:09 “5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat   10 İyul 2020, 11:03 “İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56 Həkim çatışmazlığı rezidenturaya sənəd qəbulunu yenidən aktivləşdirdi 10 İyul 2020, 10:52 ADU-nun Konfutsi İnstitutu onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44 Prezidentin verdiyi müsahibə xalqımızı birliyə çağırır   10 İyul 2020, 10:40 Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 10:36 KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18