Arxiv
4 Aprel 2014, 10:33 |
“Qürbətin doğma məzarları” - Azərbaycan legionerlərinin komandiri Fətəlibəyli-Düdənginski - LAYİHƏ


Modern.az saytı “Qürbətin doğma məzarları” layihəsində bu dəfə Azərbaycan legionerlərinin komandiri, yad torpaqlarda xaincəsinə qətlə yetirilmiş ictimai-siyasi xadim Əbdürrəhman Fətəlibəyli-Düdənginski haqqındadır.

Ölümə aparan yollar...

O, bütün sahələrdəki fəaliyyətində Azərbaycan xalqının müstəqilliyi uğrunda çalışıb. Həm II Dünya Müharibəsindən sonra yaradılan “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının, həm də mühacirətdə iki dildə çıxan “Azərbaycan” qəzetinin baş redaktoru olub.

Naxçıvanın Şərur  rayonunun Düdəngə kəndində anadan olmuş Əbdürrəhmanın ailəsi nəsilliklə hərbçi idi. Atası Əli bəyi hələ Əbdürrəhman Düdənginski uşaq olarkən rus ordusunun zabitləri qəsdən zəhərləyib öldürüblər. Ağır uşaqlıq illərinə baxmayaraq, Əbdürrəhman bəy öz gücünə yüksək təhsil alır və hərbi akademiyaya qəbul olur. Akademiyanı bitirəndən sonra isə orduya cəlb olunur. II Dünya Müharibəsi zamanı Düdənginski almanlara əsir düşür, digər iddiaya görəsə könüllü olaraq almanlar tərəfinə keçir. Ondan sonra Düdənginskinin əsas işi Almaniyada olan azərbaycanlı əsriləri azad etmək olur. O, Məhəməd Əmin Rəsulzadə ilə birləşərək, əsirlərin hüquqlarının artırılması yönündə iş görür.

Düdənginskinin həyat və yaradıcılığı barədə hələlik yeganə  kitab yazan tədqiqatçı Nəsiman Yaqublu qeyd edir ki, onun Rəsulzadə ilə birgə fəaliyyəti öz nəticəsini verir.

“1941-ci ildə müharibə başlayanda Düdənginski almanlar tərəfə keçir. Bundan sonra isə onun əsas  mübarizə istiqaməti hərbi əsirlərin azad edilməsi olub. Çünki onun özü də hərbi əsir idi. O dövrdə də bəzi mənbələrdə 40, bəzi mənbələrdə isə 70 minə yaxın azərbaycanlı əsirin olduğu bildirilirdi. Fətəlibəyli də bu əsrilərdən biri olub. Amma tədricən əsirlərin müəyyən qrupuna bəzi imtiyazlar verilməyə başlanıldı. Onları əvvəlcə “xivilər” (yəni köməkçi hissə) adlandırırdılar, sonra isə “legioner” deyilməyə başlandı.
Məhəmməd Əmin Rəsulzadə siyasi, Düdənginski isə hərbi istiqamətdə Azərbaycanın mənafeyi üçün danışıqlar aparırdılar. Bu danışıqların müsbət nəticəsi olaraq azərbaycanlılardan ibarət hərbi hissələrin  yaradılmasına icazə verildi. “Bozqurd”, “İgid”, “Dönməz” batalyonları yaradıldı ki, Düdənginski də o batalyonların komandiri oldu.  Azərbaycan hərbi könüllü birləşmələri çox uğurlu döyüşlər aparmışdılar. Onlar hətta Qafqaza Mazdoka qədər gəlib çıxmışdılar”.

Lakin “ikinci cəbhə”nin açılması və SSRİ-yə Qərbin kömək etməsi almanların məğlubiyyətini labüdləşdirir. Almanların artıq məğlub olacağını görən Düdənginski azərbaycanlı legionerləri də ətrafına yığaraq İtaliyaya gedir. Orada da öz siyasi fəaliyyətindən qalmır. Daha sonradan ABŞ-la SSRİ arasında gərginliyin artması Düdənginski və silahdaşlarının yenidən səhnəyə qayıtmasına səbəb olur. Çünki SSRİ-yə soyuq müharibə elan edən ABŞ-a məhz Düdənginski kimi sovet rejiminə nifrət edən səriştəli insanlar lazım idi.

N. Yaqublu da bu faktın üstündən keçmir: “Onun üçüncü dəfə Almaniyaya qayıtdığı vaxtda artıq Amerika bu kimi insanlardan sui-istifadə etməyə çalışırdı. Çünki görürdülər ki, bu insanlar hələ də sovet rejiminə qarşı mübarizə aparır. O zaman da artıq ABŞ-la SSRİ arasında münasibət gərginləşmişdi. Bu gərginlik 1948-49-cu illərdə özünün pik nöqtəsinə çatdı. Bu məqamda ABŞ-ın görkəmli siyasətçisi olan Eyzenhauerin başçılığı ilə SSRİ-yə qarşı psixoloji müharibə planı hazırlandı. Bu proqrama Qafqazdan olan başqa hərbi siyasi əsirlərlə yanaşı Fətəlibəyli-Düdənginski də cəlb edildi. 1953-cü ildə “Azadlıq” radiosunun Azərbaycan redaksiyası açıldı və Fətəlibəyli-Düdənginski həmin redaksiyanın baş redaktoru oldu. Maraqlıdır ki, həmin redaksiyada ilk buraxılış Stalinin öldüyü gün, yəni 1953-cü il martın 5-də efirə verildi. 1953-54-cü ildə Düdənginski həmin radioda SSRİ-yə qarşı çox kəskin çıxışlar etdi”.

Azərbaycanlının azərbaycanlı qatili

Almaniyadan edilən bu çıxışlar  rəsmi SSRİ-ni narahat edirdi. Çünki ABŞ-ın gələcəkdə SSRİ-ni yıxacaq psixoloji müharibəsi özünün pik nöqtəsində idi. Nə olursa olsun, oranın kadrlarını aradan götürmək lazım idi. Sovet DTK-sıın Əks-kəşfiyyat İdarəsi bu barədə əsaslı işə keçir. Mühacirətdə olan antisovet fəalları aradan götürmək planında ilk rast gəlinən adlardan biri də  Düdənginski olur. Bu məqsədlə Düdənginskinin köhnə legion yoldaşı Mikayıl İsmayılovdan istifadə etmək qərarına gəlirlər. Belə ki, o zaman vətənə qayıdan İsmayılovun ailəsini girov saxlamaqla qarşısına Düdənginskini öldürmək şərti qoyurlar. Əks halda isə ailəsi və özünü öldürəcəkləri ilə hədələyirlər. Beləliklə, köhnə dost qiyafəsində Düdənginskinin yanına gələn İsmayılov 2 aya yaxın Almaniyada qalır. Düdənginskinin vasitəsilə işlə təmin olunur. Ondan bir çox yaxşılıq görən İsmayılov Fətəlibəylini öldürməkdən vaz keçir. Nəticənin olmadığını görən sovet DTK-sının sarışın xanımı İsmayılova yaxınlaşaraq Düdənginskini öldürməyəcəyi təqdirdə Bakıdakı ailəsinin məhv olacağını bildirir. İsmayılov nəhayət işə keçir.

Gözlənilən qətlin tarixçəsi

Nəsiman Yaqublu həmin qətl hadisəsini bu cür nəql edir: “Hadisə bir alman xanımın- Böhmün evində baş verir. Əvvəlcə yeyib-içirlər. Bir az keçəndən sonra İsmayılov əlində olan xüsusi maddəni onun içkisinə qatır. Müvazinətini itirəndən sonra isə usta Föstledən aldığı çəkiclə Əbdürrəhman bəyin başına vurmağa başlayır. Düdənginski bir təhər ona müqavimət göstərir, amma ölümdən qurtula bilmir. İsmayılov Düdənginskini öldürəndən sonra isə öz paltarlarını ona geyindirir, öz sənədlərini onun cibinə qoyur və oranı tərk edir. Səhəri gün alman qadın evə gələrkən cəsədi aşkarlayır. Polisə məlumat verəndən sonra gəlib meyitin sənədlərinə baxırlar və orada “Mikayıl İsmayılov” yazıldığını görürlər. Düdənginksini elə  Münhendə  “Mikayıl İsmayılov” adıyla dəfn edirlər. Bir həftə keçəndən sonra “Azadlıq” radiosunda görürlər ki, Düdənginski işə çıxmır. Soraqlaşandan sonra son günlərdə ölən müsəlmanın harada basdırıldığını öyrənirlər. İcazələrdən sonra meyit ekspertizaya gətirilir və “Azadlıq” radiosunda işləyən İsmayıl Əkbər,  Məcid Musazadə Düdənginskini tanıyırlar.

Bu hadisədən bir il əvvəl Düdənginskinin qardaşı da rəhmətə getmişdi. Deyilənə görə, qardaşı da DTK tərəfindən motosiklet qəzasına məruz qalaraq öldürülüb. Oradakı azərbaycanlılar Düdənginskini Münhendən 150 km uzaqda yerləşən Nyu-Umi şəhərində dəfn edirlər. Fətəlibəylinin cənazəsi, 1954-ci ildə avtomobil qəzasından həlak olmuş qardaşı Seyfulla bəy Fətəlibəylinin uyuduğu məzarın yanındadır”.




Elmin Nuri

Qeyd: Fətəlibəyli-Düdənginskinin məzarı başında çəkilən bu şəkilləri Nəsiman Yaqublu ilk dəfə olaraq mediada Modern.az-a təqdim edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:47 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Yas mərasimləri bu şərtlə keçirilə bilər - Deputat açıqladı 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56 “Bu məxluqdan xilas olmalıyıq” – Ermənistan müxalifəti 23 İyun 2021, 10:51 Əsirlərimizə işgəncə verən erməni hərbçilərinin məhkəməsi keçirilir 23 İyun 2021, 10:45 Kürdəmirdə qətl törədən şəxs tutuldu 23 İyun 2021, 10:39 UNEC-in növbəti beynəlxalq konfransı 23 İyun 2021, 10:33 ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı XƏBƏRDARLIQ 23 İyun 2021, 10:27 Azərbaycan nefti 76 dollara yaxınlaşır 23 İyun 2021, 10:22 Dövlət qulluqçusu ona göstərilmiş etimadı düzgün dəyərləndirməlidir 23 İyun 2021, 10:17 Nazirlik “BİZON energy” içkisi ilə bağlı araşdırmaya başladı 23 İyun 2021, 10:11 Ötən il dövlət idarələrində vəzifəyə təyin edilənlərin sayı AÇIQLANDI 23 İyun 2021, 10:05 Bu şəxslər Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilmək istəyir - SİYAHI 23 İyun 2021, 09:59 Azərbaycan kommunistləri SSRİ-yə hücumun 80-ci ildönümünü necə qeyd etdi? 23 İyun 2021, 09:54 Kürdəmirdə tanışlarını bıçaqlayan şəxslər HƏBS EDİLDİ 23 İyun 2021, 09:48 Azərbaycanda məmurların 1,8 faizinin yaşı 65 yaşdan YUXARIDIR 23 İyun 2021, 09:42 Qubanın Cıdır düzündə orijinal... - FOTOLAR 23 İyun 2021, 09:36 Bu gün ölkədə 41 dərəcə isti olacaq 23 İyun 2021, 09:32 Ünvanlı sosial yardım alanlara şad xəbər 23 İyun 2021, 09:30 Bu sahələrdə çalışanların iş prosesi dayandırılmalıdır - VİDEO 23 İyun 2021, 09:24 Mediasiya prosesinə dair tələblər dəyişir 23 İyun 2021, 09:18 AVRO-2020-də bu gün 4 görüş keçiriləcək - qrup oyunları yekunlaşır 23 İyun 2021, 09:12 Polis vətəndaşa qarşı zor tətbiq edib? - Rəsmi cavab 23 İyun 2021, 09:06 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 23 İyun 2021, 09:00
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?