Modern.az

İqtisad Universitetində direktor vəzifədən çıxarıldı

İqtisad Universitetində direktor vəzifədən çıxarıldı

18 Aprel 2014, 15:10


Azərbaycan Dövlət İqtisad Universitetinin təhsil mərkəzinin direktoru vəzifəsindən azad edilib. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, universitetin rektorunun bu gün imzaladığı əmrə əsasən Nazim Eminov Distant və əlavə təhsil mərkəzinin direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, iki gün öncə “Beynəlxalq iqtisadi münasibətlər” və “Ümumi iqtisadiyyat” fakültəsinin dekanları Müzəffər Məmmədov və Kamil Qafarov, eləcə də Magistratura mərkəzinin direktor müavini – MBA Proqramı üzrə rəhbər Rövşən Quliyev də tutduqları vəzifədən azad ediliblər.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?