Modern.az

“Ermənistan Gömrük İttifaqına qoşulmağa tərəddüd edir” - RƏSMİ

“Ermənistan Gömrük İttifaqına qoşulmağa tərəddüd edir” - RƏSMİ

Təhsil

18 Aprel 2014, 17:35

“Ermənistan Gömrük İttifaqına girməklə bağlı müqaviləni aprelin 29-da imzalamayacaq. Müqavilə o vaxt imzalana bilər ki, qüvvədə olan gömrük hüququ Ermənistana verilsin”. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın iqtisadiyyat nazirinin səlahiyyətlərinin icraçısı Vaqram Avanesyan deyib. O bildirib ki, müqavilənin imzalanma şərtləri ölkəyə idxal olunacaq malların adlarının dəqiqləşdirilməsi ilə bağlı aparılan danışıqlardan sonra baş tutacaq. Onun sözlərinə görə, danışıqlar bitəndən sonra müqavilənin məzmunu məsələsinə aydınlıq gətiriləcək: “Biz aprelin 25-də Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı “Yol xəritəsi”nin reallaşdırılması məqsədi ilə yaradılan işçi qrupu ilə danışıqlar aparacağıq. Görüş prezidentlərin iştirakı ilə olacaq və Ermənistanın Gömrük İttifaqına nisbi üzvlüyü barədə qərarın qəbul olunacağı da gözlənilir”.

 

Qeyd edək ki, ötən ilin sentyabrında Moskvada səfərdə olan  Ermənistan prezidenti Serj Sərkisyan Gömrük İttifaqına qoşulmaq barədə sənədə imza atıb. Bu ilin aprelin 29-da isə Minskdə Avrasiya İqtisadi Şurasının toplantısında Ermənistanın Gömrük İttifaqına üzv olması barədə sənədə imza atacağı gözlənilirdi.

 

 Rəsmi Yerevan 2015-ci ilin ilk aylarından reallaşması nəzərdə tutulan Avrasiya İttifaqına qoşulmaq barədə sənədə isə may ayında imza atacağını bəyan edib.

Aqşin Kərimov 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü