Modern.az

Vəfa Quluzadə: “Putinin əsas məqsədi ABŞ-ın yalvarmasına nail olmaqdır” - ŞƏRH

Vəfa  Quluzadə: “Putinin əsas məqsədi ABŞ-ın yalvarmasına nail olmaqdır” - ŞƏRH

1 May 2014, 11:32


“Hazırda Qərb və Rusiya üçün Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi gündəmdə deyil. Hazırkı vəziyyətdə Ukrayna məsələsi Rusiya və Qərb üçün daha aktual əhəmiyyətə malikdir”.

Bunu Modern.az saytıan sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Ukrayna hadisələri fonunda Rusiya və Qərb dairələrinin mübarizəsinin Dağlıq Qarabağ probleminə təsirindən danışarkən deyib. O bildirib ki, Rusiyanın Ukrayna ilə olan problemi bitmədən Qarabağ konfliktinin tənzimlənməsində müsbət və ya mənfi addımlar atılmayacaq.

Keçmiş dövlət müşaviri hesab edir ki, ABŞ başda olmaqla Qərbin Rusiya ilə bölgədə  toqquşan geopoltik maraqları ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsini gündəmə daşımaq üçün əsas deyil. “Məsələ ondan ibarətdir ki, Minsk Qrupunda əsas oyunçu Rusiyadır. Qarabağı işğal edən də Rusiyadır. Ona görə də məsələ həll olunmur. Minsk Qrupunun formatının dəyişməsinin də heç bir xeyri olmayacaq”.   

Analitik Ukrayna uğrunda aparılan mübarizədə Qərbin yoxsa Rusiyanın qalib gələcəyi ilə bağlı suala isə belə cavab verib: “Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiyanı zəiflədir və çökdürür. Rusiya istəyir ki, proses qısa müddətdə qurtarsın. Rusiyanın Ukraynanı ələ keçirmək siyasətinin əsas tərkib hissələrindən biri də ölkənin şərq bölgəsində xaos yaratmaqdır. Ukraynanın şərqində yaranan xaos Kiyevə qədər gedib çıxa bilər. Rəsmi Kiyev isə ölkədə qayda-qanun yaratmaq istəyir. Bunun üçünsə Ukrayna Rusiya ilə birbaşa müharibəyə girişməlidir. Bu məsələdə isə Ukrayna tərəddüd edir. Rusiyanın əsas məqsədi Ukraynanın stabillikdən çıxardıqdan sonra Qərbin Kremlə yalvarmasına nail olmaqdır. Rusiya istəyir ki, Qərb dairələri bundan sonra rəsmi Moskvaya Ukraynada stabillik yaratmaqla bağlı xahiş etsinlər. Nəticələrin nə olacağını indidən demək çətindir. Amma Rusiyanın qələbəsi görünmür”,-deyə V. Quluzadə şərh edib.  

Ekspert proseslərin Azərbaycana təsir imkanlarından da danışıb. Politoloq vurğulayıb ki, Azərbaycanın yeganə istəyi Qarabağ probleminin ədalətli həll olunmasına nail olmaqdır. “Amma Rusiyanın aqressiv siyasəti onu göstərir ki, o, Cənubi Qafqazda sülhün yaranmasına mane olur”.

 

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü