Modern.az

Məleykə Abbaszadə: “Bakalavr pilləsi üçün bu il qəbul imtahanlarında plan yeri artıb”

Məleykə Abbaszadə: “Bakalavr pilləsi üçün bu il qəbul imtahanlarında plan yeri artıb”

Aktual

1 May 2014, 16:09

“Bakalavr pilləsi üçün bu il qəbul imtahanlarında plan yeri 3.95% artıb, ümumi 38 111 yer ayrılıb”. Modern.az  xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O, qeyd edib ki, bu ilki plan yerlərinin hamısı Təhsil Nazirliyi ilə universitetlər arasında razılaşdırılıb.

“Rus və Azərbaycan bölmələri üzrə müsabiqə fərqli aparılacaq. Ötən il isə bu bölmələr üzrə qəbul birlikdə aparılırdı. Lakin bu il ali məktəblərin qruplarının formalaşmasında çətinlik yaradıb. Elə buna görə dəyişiklik edilib. Bu il rus bölməsində keçid balı aşağı olacaq. Çünki sənəd verənlərin sayı azdı. “Şagird-məzun” bazasında 84 min 11 sinif şagirdi varsa, onların 59 mini ali məktəblərə sənəd verib”. M. Abbaszadə qeyd edib ki, ümumi qruplar üzrə qəbul planı dövlət və qeyri dövlət ödənişli və ödənişsiz artım 3,95%-dir. Müxtəlif hərbi məktəbləri çıxsaq, onda qruplar üzrə I qrup 4% II qrup 7% III qrup 0.5% IV qrup 0.8%-dir.

TQDK-nın sədrinin sözlərinə görə, bu məlumatlar dəqiqləşməmiş informasiyalardır. “Araşdırmalar aparıldıqdan sonra dəqiq rəqəmlər açıqlanacaq”.

 

Rafiq Qənbərov

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür