Arxiv
17 İyun 2010, 13:16 | İQTİSADİYYAT
İnsanın təbiətdən oğurluğu: bu maraqlı qurğu ilk dəfə harada inşa olunub?

Fəvvarələr şəhər arxitekturasının əsas simvollarından biridir. Onlar dünyada çox populyardır və hansısa şəhəri fəvvarəsiz təsəvvür etmək mümkün deyil. Əminliklə demək olar ki, böyüklü-kiçikli bütün şəhərlərdə fəvvarələr var. Onlara tamaşa etdikcə insanın ruhu dincəlir, mənəvi rahatlıq tapır. Fəvvarələr həm də su şousu göstərir desək, yanılmarıq.

 

Fəvvarələr çətin hidrotexniki tikililər sırasına daxildir. Onların inşası ilə bağlı ideyanı insanlar təbiətdən «oğurlayıblar». Dünyanın bir çox yerlərindən təbii fəvvarələr-yüksək təzyiqlə axan bulaqlar mövcuddur. Nə vaxtsa həmin bulaqlara baxan insanlarda süni fəvvarələr düzəltmək istəyi oyanıb və bu ideya tədricən gerçəkləşdirilib.

Dünyada ilk fəvvarənin harada və nə vaxt düzəldilməsi barədə dəqiq məlumat yoxdur, bircə o məlumdur ki, bu, çox qədimdə baş verib. Məsələn, Qədim Roma İmperiyasında yaxşı fəvvarələr düzəldilirmiş. Su şırıltısı insanların əsəblərini sakitləşdirən, onlara rahatlıq gətirən, yorğunluğun çıxmasına təsir göstərən, enerji yaradan səsdir. Təsadüfi deyil ki, hələ qədim dövrlərdən fəvvarələrin ətrafı müxtəlif mərasimlərin keçirildiyi istirahət məkanları olub. Zaman dəyişdikcə, texnikanın gücü artdıqca fəvvarələrin də qurulmasında  yeniliklər baş verib. Fəvvarələr müxtəlif olur: böyük, balaca,  işıqlı, musiqili və s. Onlar heç vaxt insanların diqqətindən yayınmır. Artıq dünyada müsiqili-işıqlı fəvvarələr getdikcə daha çox populyarlaşır. Su buraxan nasoslar musiqinin sədaları ilə avtomatik olaraq idarə olunur. Kompüterlərin xüsusi proqramları ilə suyun rəngi, hərəkəti dəyişdirilir.

Hazırda dünyanın ən hündur şəlaləsi Səadiyyə Ərəbistanındadır. Ginnesin Rekordlar Kitabına düşən bu fəvvarənin hündürlüyü məşhur Eyfel qülləsinin hündürlüyündən çoxdur. Üç güclü nasos hər saniyədə 625 litr suyu 312 metr yüksəkliyə qədər qaldırır.

Dünyadakı ən məşhur, gözəl və maraqlı fəvvarələrin reytinqində isə ilk onluq aşağıdakı kimidir.

Birinci yeri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərindəki fəvvarə tutur. Vulkan kraterinin görünüşünü xatırladan bu fəvvarə bənövşəyi rəngli işıqla işıqlandırılır. Gözəlliyinə görə ikinci yerdə ABŞ-ın məşhur kazinolar şəhəri olan Las-Veqasdakı rəqs edən musiqili «Bellagio» fəvvarəsi gəlir. Onun inşasına 40 milyon dollar sərf olunub. 80 metr hündürlüyə qalxan bu fəvvarə Las-Veqas sakinlərinə hər gecə müxtəlif klasiik musiqilər altında su rəqsləri təqdim edir. İtaliyanın paytaxtı Romadakı məşhur «Trevi» və bu ölkənin qədim şəhəri Tivolidəki «Əjdaha» fəvvarələri siyahıda sonrakı yerlərdə gəlir. Yeri gəlmişkən, Tivoli şəhərindəki qədim fəvvarə 1572-ci ildə tikilib.

İspaniyanın Barselna şəhərindəki 1929-cu ildə inşa olunan musiqili «Sehrli» fəvvarəsi də özünəməxsus gözəlliyinə görə fərqləndirlir. Növbəti yeri İsveçrənin Cenevrə şəhərində yerləşən və dünyanın ən hündür (140 metr) fəvvarələrindən biri sayılan unikal qurğu tutur.  Bu fəvvarədə suyun axımı saatda 200 km-ə barəbərdir.

Rusiyanın Sankt-Peterburq şəhərindəki fəvvarə, eyni zamanda Moskvadakı «Xalqlar dostluğu» fəvvarəsi də arxitektur quruluşu və gözəlliyinə görə dünyanın sayılıb-seçilən unikal qurğularıdır.

Sıralamada Ukrayna paytaxtındakı «Zəncirotu» adlanan fəvvarəni yaddan çıxarmaq olmaz. Dünyanın ən məşhur fəvvarələri siyahısında ilk onluğu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki fəvvarə qapayır. Yeri gəlmişkən, 2010-cu ilədək Dubyada dünyanın ən nəhəng fəvvarəsi inşa olunacaq. Onu «Emaar Properties» şirkəti tikəcək. Fəvvarə şəhərin mərkəzindəki gölün ortasında quraşdırılacaq. Su əsərinin uzunluğu 275 metr təşkil edəcək. Layihəyə əsasən, 1 dəqiqə ərzində 20 metrdən 150 metr məsafəyə qədər hündürlüyə 85 min litr su vurulmalıdır. Bütün bunlar isə rəngli tamaşa ilə müşayiət olunacaq. Bunun üçün 50 projektor 6600 rəngli çalar yaradacaq. Eyni zamanda fəvvarənin işi zamanı müxtəlif xalqların musiqisi də səslənəcək. Hesablamalara əsasən, bu möcüzəyə baxmaq üçün dünyanın hər yerindən ildə 10 milyon turist Dubaya baş çəkəcək.

Azərbaycan paytaxtını da da fəvvarələr şəhəri saymaq olar. Rəsmi məlumatlara görə, hazırda Bakıda 50-dən çoz fəvvarə var. Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsinin məlumatına görə, paytaxt merinin göstərişi ilə fəvvarələr xüsusi qrafik əsasında günün yalnız müəyyən saatlarında işləyir - saat 8.00-dan 10.00-dək və 18.00-dan 22.00-dək. Rəsmi dövlət bayramlarında, yaxud xarici ölkələrin rəhbərləri Bakıya səfər edəndə bəzi ərazilərdəki fəvvarələr bütün sutka ərzində işləyir. Hazırda Dənizkənarı bulvarda iki musiqili fəvvarə var (Muzey Mərkəzilə üzbəüz və «Azneft» meydanınnın yanında). 

Bakıda ən hündür fəvvarə bulvara yaxın yerdə dənizin içərsində quraşdırılıb. Onun hündürlüyü 137 metrdir.

 

Adəm Qorxmaz

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu avtomobillərə sərnişindaşımaq qadağan olunacaq 4 Aprel 2020, 13:26 Heydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - Video - Foto 4 Aprel 2020, 13:20 MSK-nın maşını oğurlandı 4 Aprel 2020, 13:19 Qaxda karantin rejimini pozanlar həbs edildi - FOTO 4 Aprel 2020, 13:10 Hacıqabulda bir qrup yaşlı kimsəsiz şəxslərə ərzaq verildi - FOTO 4 Aprel 2020, 13:08 Rusiyada koronavirusa yoluxanlar və ölənlər artdı 4 Aprel 2020, 13:03 Bakı-Sumqayıt yolunda çıxarılan ağaclar bu rayonlara köçürüləcək - AÇIQLAMA 4 Aprel 2020, 12:54 Avtomobillə sərnişin daşıma QADAĞAN OLUNUR 4 Aprel 2020, 12:48 Sabahın HAVA PROQNOZU 4 Aprel 2020, 12:40 Evdə qal və əməliyyatları Müştəri Bank-la et! 4 Aprel 2020, 12:34 DİN-dən jurnalistlərə xəbərdarlıq: Avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzsiz 4 Aprel 2020, 12:32 Heydər Əliyevlə şair Qabilin zarafatları-2 - VİDEO 4 Aprel 2020, 12:27 Koronavirus beyinə ciddi zərər vura bilər  4 Aprel 2020, 12:25 “Bakının mərkəzindən kənarda olan rayonlarda belə, internet problemi var” - Distant təhsilə əngəl 4 Aprel 2020, 12:18 Polis karantin qaydalarını pozan 3 obyekt aşkarladı 4 Aprel 2020, 12:10 Koronavirus tələb edir: Əkinə yararlı torpaqlardan səmərəli istifadə olunsun 4 Aprel 2020, 12:06 106 yaşlı kişi koronavirusdan sağaldı 4 Aprel 2020, 11:55 Ermənistanda virusa yoluxanların sayı 800-ə yaxınlaşır 4 Aprel 2020, 11:45 Tibb Universitetinin könüllü tələbələri klinikalara GÖNDƏRİLDİ 4 Aprel 2020, 11:35 Azərbaycanda klinikanın 10 işçisində koronavirus AŞKARLANDI 4 Aprel 2020, 11:18 Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadı 4 Aprel 2020, 11:13 Qənirə Paşayeva seçicilərinə yardım göndərdi 4 Aprel 2020, 11:08 Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!” 4 Aprel 2020, 11:00 İbrahim Məmmədov: SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq 4 Aprel 2020, 10:58 Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər   4 Aprel 2020, 10:53 BMT Azərbaycanın koronavirusla mübarizəsini alqışlayır 4 Aprel 2020, 10:52 Son sutkada karantin rejimini pozan 2189 sürücü və sərnişin CƏZALANIB 4 Aprel 2020, 10:46 İmmuniteti gücləndirən qidalar - SİYAHI 4 Aprel 2020, 10:45 Mərkəzi Bank hərraca 200 milyon manat cəlb edir 4 Aprel 2020, 10:36 Məşhur müğənni koronavirusa yoluxdu 4 Aprel 2020, 10:27 Neftin qiyməti yüksəlir 4 Aprel 2020, 10:19 Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ 4 Aprel 2020, 10:08 Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi olub 4 Aprel 2020, 10:04 “Bütün əhali evdən çıxmadan testdən keçirilsin” - Karantin xəstəxanasının həkimi 4 Aprel 2020, 10:02 Astarada narkotacir iş başında yaxalandı 4 Aprel 2020, 09:50