Modern.az

Qorbaçov Heydər Əliyevdən niyə çəkinirdi?

Qorbaçov Heydər Əliyevdən niyə çəkinirdi?

9 May 2014, 17:56

Vaxtilə türk tarixini daşlara Güntəkin yazdı. Türk xaqanlarının tarixini yazdı. Zaman dəyişdi, yeni yazı qaydaları yarandı. Daşlara yazılan tarixlərimiz dəri kitablara, sonra ipək vərəqələrə yazıldı. Hamısı qalaraq Türk dünyasının tarixini yaratdı. Böyük Əmir Teymurun sarayında bir neçə tarix yazan elm adamları var idi. Onlardan biri də bu gün tarixdə qalan “Zəfərnamə” əsəridir. Bu əsərin varlığı ilə biz böyük bir tarixə sahiblik etdik.

Beləcə ağıllı türk liderləri uzaqgörənliklərindən öz zamanlarının tarixini yazıb qoymağı bir şərəf işi bildilər. Dünya dəyişdi. Türk dünyası isə o tarixə minnətdar olaraq , yaşadı. Azərbaycan da Türk dünyasının parlaq bir qaşıdır. Bu gözəlin başından nələr gəlib, nələır keçdi... kitablarda yazıldı. Fatehləri, sərkərdələri, padşahları, prezidentləri tarixdə saxlayan kitablardır, desəm yanılmaram.

Sözümü kitabdan ona görə başladım ki, müasir Azərbaycan Dövlətçiliyinin bərqərar olmasında misilsiz xidmətləri olan Heydər Əliyevin barəsində sislsilə əsərlər yazan bir həmkarımız Elmira xanım Axundovanın zəhməti bahasına ərsəyə gətirdiyi kitablardan danışacam. O kitablar da tarixdə qalacaq. Azərbaycan tarixinin müvəfəqiyyətini, inkişafını, bəzən də faciəli, ağlı-qaralı səhifələrini özündə əks etdirdiyinə görə. Heydər Əliyevin 91 illik yubileyi ərəfəsində mərhəmanə bir söhbət etdik jurnalist həmkarımızla. Heydər Əliyevlə görüşlərini xatırladı. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, AMEA-nin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu , Azərbaycanın millət vəkili Elmira xanım Axundovanın Heydər Əliyev haqqında yazdığı 7 cild kitabını ədəbiyyat nominasiyası üzrə dövlət mükafatına təqdim edib.


Elmira xanım Axundova Heydər Əliyevlə ilk dəfə məşhur “Literaturnaya qazeta”nın müxbiri olarkən görüşmüşdü.

Yazdığı yazı bütün post sovet məkanında səs-küy doğurmuşdu. Əvəzində Elmira xanımın ən böyük mükafatı, Heydər Əliyevin ona zəng eədərək, minnətdarlıq etməsi olmuşdu.: “İlk dəfə Naxçıvanda 1991-ci ilin yanvarında görüşdük. Sonra bu görüşlər mütəmadiləşdi. O, qardaşı Calal Əliyevin evində yaşayırdı. Burda da çox asanlıqla onunla görüşə bilirdim. Yadımdadır ki, o vaxt yazıçıların qurultayı keçirilirdi, Anar müəllim də qurultaya Heydər Əliyevi dəvət etdi.Bu dəvəti çatdırdı, uinandırdım ki, gəlmək lazımdır, yazıçılar Sizi gözləyirlər. Bu o zamanlar idi ki, hər yerdə anti Əliyev hücumlar, yazılar baş alıb gedirdi. Belə bir zamanda , onunla əlaqə saxlamaq, onun evinə getmək, onunla görüşmək, Sabir Rüstəmxanlı və Bayram Bayramovun qəzetində Heydər Əliyevlə böyük müsahibə vermək böyük cəsarət tələb edirdi. O vaxtdan da bizim ünsiyyətimiz dostluğa çevrildi”.

Dar gündə dostunun dadina çatan, sədaqəti, mərdliyi qiymətləndirən Heydər Əliyev hakimiyyətə gələn kimi Elmira xanımı prezidentin jurnalist qrupuna yazdırır . Və bundan sonra xarici səfərlər, siyasi görüşlərin şahidi və iştirakçısına çevrilir həmkarımız.

İndi o görüşlərin bəhrəsi olan 10 kitabın, 3 romanın müəlifidir. Kitablar dünyanın bir çox dillərinə tərcümə olunub və olunmaqdadır. Deyir ki, özü haqqında tarixi bioqrafik kitab yazmaq ideyasını Heydər Əliyevə deyəndə, əvvəlcə razı olmayıb. Zaman keçəndən sonra, yenə Elmira xanım ona bu təklifi edərkən belə bir söz deyib: “Yaz Elmira, bu səndə heç də pis alınmır!!!”

Bu göstərişdən az bir müddət keçməmiş Elmira xanımın, Heydər Əliyevin bədii obrazını özündə təcəssüm edən “Naşirin qətli” siyasi dedektiv romanı işıq üzü görür. Və kitabı oxuyandan sonra, Heydər Əliyev ona belə deyir: “Əslində mən arzu eləyirdim ki, bu mövzunu kimsə açsın. Mənim niyə 1990-cı ildə Azərbaycana gələ bilmədim, nə məni saxladı?”.

Elmira xanım bu yerdə onu da əlavə etdi ki, Heydər Əliyevin Azərbaycana gəlişini əngəlləyən Kruçkovdan tutmuş Qorbaçova qədər böyük bir qüvvə ona qarşı idilər. Çünki məqsəd Azərbaycan parçalamaq idi. Heydər Əliyevi Azərbaycana buraxsaydılar o çətin məqamlarda, dövləti parçalanmağa qoymayacaqdı.

Dövlət mükafatına təqdim olunan bu kitablarda 300-ə qədər insanla görüşüb. Onların içərisində Heydər Əliyevin dərzisi, aşpazı, sürücüsü, saç ustası, bağbanı, uşaqlıq və tələbəlik dostları, hətta müəllimləri, “KGB-də” onunla əməliyyat keçirən çekistlər, moskvalı həmkarları, dostları... vasr. Ən maraqlısı odur ki, xatirələrini qələmə aldığı o şəxslərin 60-70 faizi artıq həyatda yoxdur. Bu da o deməkdir ki, kitabın yazılmasına qərar vaxtında verilmişdi. Heydər Əliyevin barəsində yazılan sənədli bioqrafik romanın və memuarların daha da dolğun və hərtərəfli olması üçün , oğlu İlham Əliyev böyük şəxsiyyətin şəxsi arxivində işləməyə də icazə verdi . Elmira xanım deyir ki, nəzərdən keçirdiyi 100 qovluğun içərisindəki sənədlərə baxanda, ən kiçik kağız parçasına belə tarixdir deyə, məhəbbət bəsləyərək, qovluqlarda yığıb saxlamasına heyran olub. O qovluqların içərisində dəvətnamələr, afişalar, məktublar, dostlarla yazışmalar, özünün barəsində çıxan ən kiçik xəbər və məqalələr... Bir sözlə... bir neçə qərinə sirr- söhbət...

Və bu sirr-söhbətlər Elmira xanımın etibarlı əllərində və peşəkar qələmində 10-dan artıq kitaba çevrildi. O kitablar təkcə Heydər Əliyevin həyatı deyil, o kitablar həm də Azərbaycanın müasir tarixidir. Bəlkə elə buna görə də AMEA Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibəyli Elmira Axundovanın dövlət mükafatına təqdim edilən kitabları haqqında belə yazıb: “Elmira xanım bu roman tədqiqatında bir elmi təqiqat institutunun işini təkbaşına görüb. Azərbaycan ədəbiyyatında yeni bir janr kəşf edib. Bu da sənədli bioqrafik romandır”.

Sonda həmkarımızdan Heydər Əliyev sizin üçün kimdir?- deyə soruşduqda belə dedi:

- “O mənim böyük qardaşım, mənəvi atam oldu. Bu mənim xoşbəxtliyim idi ki, mənə dünyanı göstərdi, dünyanın böyük siyasətçiləri ilə unsiyyətdə olmağa şərait yaratdı. Ən böyük dövlət rəhbərləri, siyasətçilərlə müsahibələr alırdıq, sammitlərdə iştirak edirdik. Elə ölkələrə gedirdik ki, turist kimi getsək o yerləri görə bilməzdik, Çox maraqlı səyahətlər, məqamlar oldu ki, onlara görə Heydər Əliyevə minnətdaram.”
Bəs hansı xususi keyfiyyəti ilə yaddaşınızdan heç vaxt silinməyəcək?!
- Heydər Əliyev həmişə deyirdi ki, nə yazırsınızsa obyektiv yazın, həqiqəti yazın,haqqı danmayın!!!


Aida Eyvazova
Anspress.com

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir