Arxiv
1 Oktyabr 2009, 11:46 | ÖLKƏ
Bakıda müəllimlərin işə qəbulu üçün II müsabiqə elan olundu

Təhsil Nazirliyi oktyabrın 1-də Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant yerlərə II müsabiqə elan edib.

Modern.az nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, müsabiqəyə paytaxtın müxtəlif məktəblərində olan 226 vakant iş yeri çıxarılıb. Onlardan 27-si ibtidai sinif, 8-i Azərbaycan dili və ədəbiyyat, 10-u riyaziyyat, 40-ı informatika, 10-u fizika, 7-si kimya, 8-i biologiya, 10-u tarix, 10-u coğrafiya, 22-si ingilis dili, 40-ı fiziki tərbiyə, 12-si gənclərin çağırışa qədərki hazırlığı, 6-sı əmək hazırlığı, 11-i musiqi və nəğmə, 5-i təsviri incəsənət, rəsmxət müəllimi yerləridir.

Vakant yerlərə namizədlərdən elektron ərizələr 6 oktyabr 2009-cu il tarixədək qəbul ediləcək. Ərizə doldurularkən yalnız bir ixtisas seçilə bilər və ən çoxu 2 məktəbdə həmin ixtisas üzrə vakant yer göstərilə bilər.

Oktyabrın 7-dən 12-dək elektron ərizənin çap olunmuş variantı və digər müvafiq sənədlər (kadrların şəxsi uçot vərəqi, diplom, diploma əlavə, əmək kitabçası, şəxsiyyət vəsiqəsinin və ərizə formasındakı göstəriciləri təsdiq edən digər sənədlərin surətləri) namizədlər tərəfindən Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim edilməlidir. Müəyyənləşdirilmiş müddət bitdikdən sonra sənədlərin qəbulu dayandırılacaq.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə iki mərhələdə keçiriləcək. I mərhələdə vakant yerlərə ərizə vermiş namizədlərin göstəriciləri təqdim olunmuş sənədlərə əsasən oktyabrın 13-dək qiymətləndiriləcək.

Müsabiqənin II mərhələsində namizədlərlə müəyyən olunmuş vaxtda müsahibə və ya test imtahanı keçiriləcək və nəticələr qiymətləndiriləcək.

Hər iki mərhələnin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qitmətləndirilməsi həyata keçiriləcək. Sonra keçid balı toplamış namizədlərin ərizədə göstərdikləri konkret məktəbdə iş yerinə qəbulu barədə müvafiq qərar qəbul ediləcək və nəticələr iki saat ərzində namizədlərə elan olunacaq.

Test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunacaqlar.

Bir yerə bir neçə namizəd sənəd verdiyi halda, daha yüksək nəticə göstərmiş namizəd həmin vakant yerə təyin olunacaq.    Təhsil Nazirliyinin məktubuna əsasən, məktəb direktoruun əmri ilə işə götürülən müəllimlərlə əmək müqaviləsi bağlanılacaq. Müsabiqənin nəticələri ilə bağlı  apelyasiya şikayətinə müsabiqə keçirildiyi vaxtdan sonra bir həftə ərzində baxılacaq.

Təhsil Nazirliyindən bildirilib ki,  namizədlərin sənədlərinin qəbulu zamanı onların Bakı şəhərində qeydiyyatda olması nəzərə alınacaq.  Bütün müsabiqələr Azərbaycan Müəllimlər İnstitutunun binasında keçiriləcəkdir.

Xatırladaq ki, sentyabrda keçirilən I müsabiqəyə Bakıdakı məktəblərdə olan 365 vakant yer çıxarılmışdı. Həmin yerlərə 2147 müəllim elektron ərizə vermişdi. Yekunda yerlərin 226-sə tutulmamışdı.

 

“Modern.az”

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18 Nüvə silahlarını qadağan edən  müqavilə bu tarixdə  qüvvəyə minəcək 25 Oktyabr 2020, 08:15 Ordumuz Laçında  xeyli  irəlilədi, düşmən Ağdərədə ağır itkilər verdi - RƏSMİ 25 Oktyabr 2020, 08:14 Qırğızıstanda prezident seçkiləri bu tarixdə keçiriləcək 25 Oktyabr 2020, 08:05 Qazax şairlərdən Azərbaycana DƏSTƏK 25 Oktyabr 2020, 02:09 Vətən, Toyun Mübarək! 25 Oktyabr 2020, 01:50 Həbib ABŞ təmsilçisinə qalib gəldi 25 Oktyabr 2020, 01:04 “Tramp adlı oğlana səs verdim” - ABŞ prezidenti 25 Oktyabr 2020, 01:00 “Əl-Qaidə”nin önəmli şəxsi zərərsizləşdirildi 25 Oktyabr 2020, 00:53