Modern.az

ANS-in tanınmış aparıcısı işdən çıxdı

ANS-in tanınmış aparıcısı işdən çıxdı

Media

4 Sentyabr 2014, 14:44


ANS TV-də yayımlanan “Günəbaxan” verilişinin tanınmış aparıcısı İlqar Mikayıloğlu işdən çıxıb. Bununla bağlı Modern.az saytına danışan İ.Mikayıloğlu xəbəri təsdiqləyib. O, bildirib ki, ANS TV-dən ayrılma səbəbi müqavilə müddətinin başa çatması və əməkdaşlıq sənədinin yenidən uzadılmamasıdır.

“Bəli, ANS-dən çıxmağım barədə məlumatlar doğrudur”. Telejurnalist işdən ayrılma səbəbini belə açıqlayıb: “Müqavilə müddəti başa çatdı və ANS-dən ayrıldm. Hazırda heç bir kanala transfer olmamışam, heç kimlə də müqavilə bağlamamışam. Çəkiliş müddətində qolum sınmışdı, hələ ki, onun müalicəsiylə məşğulam”.

İlqar Mikayıloğlu ANS-in köhnə işçilərindən idi. O, Qarabağ, Çeçenistan, Əfqanıstan və Gürcüstanda hərbi əməliyyatları lentə alıb. ANS teleşirkətində adi əməkdaşdan şef redaktor vəzifəsinə qədər yüksəlib. Son vaxtlar “Günəbaxan” verilişinə aparıcılıq edirdi. İ.Mikayıloğlu eks-deputat Gülər Əhmədovanın qardaşıdır.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır