Modern.az

Avropa Olimpiya Komitəsi Bakı 2015 Avropa Oyunlarının uğurlarını qiymətləndirdi - FOTO

Avropa Olimpiya Komitəsi Bakı 2015 Avropa Oyunlarının uğurlarını qiymətləndirdi - FOTO

Təhsil

4 Sentyabr 2014, 16:10


Bakı 2015, Avropa Olimpiya Komitələri (AOK) Koordinasiya Komissiyasının gələn il keçiriləcək Oyunlara ev sahibliyi edən şəhərə səfərindən sonra yüksək qiymətləndirilib.

Komissiyanın üzvləri yarış obyektlərinə səfər etmiş və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bir sıra şöbələrinin təqdimatları ilə tanış olmuşlar.

Onlar, həmçinin Bakı 2015-in yeni ofisinin Açılış mərasimində iştirak etmişlər. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və idman naziri və BAOƏK-in Baş icraçı direktoru cənab Azad Rəhimov açılış lentini kəsərək yeni ofisi rəsmən açıq elan etmişdir.

Son aylarda BAOƏK komandası tərəfindən əldə olunmuş bir sıra növbəti önəmli yeniliklər AOK Koordinasiya Komissiyasının sədri cənab Spiros Kapralosa xoş təsir bağışlayıb.

O söyləyib: “Bakıda möhtəşəm komanda var və bu səfər bizə ilk Avropa Oyunlarını dünya səviyyəli tədbirə çevirmək üçün çalışan strukturun yeni üzvləri ilə görüşmək imkanı verdi.

“Ötən bir il yarım müddətində əhəmiyyətli işlər görülüb və yeniliklər, xüsusilə də idman proqramı üçün göstərilmiş davamlı səylər müsbət təsir bağışlayır.

“Avropa Oyunları Avropa idmanı üçün tarix yazacaq və BAOƏK-in Avropanın ilk çoxnövlü qitə idman yarışlarına hazırlığında mükəmməl irəliləyişlərə davam etməsi çox vacibdir. Mən əminəm ki, bu tədbir Avropa idman azarkeşlərinin yaddaşında uzun müddət qalacaq.”

Azad Rəhimov əlavə edib: “Biz burada – Bakıda həyəcanın və gözləntinin artdığını hiss edirik. Biz əminik ki, gələn il Oyunlarda hər bir yarış məkanı elit Avropa idmanından zövq alan coşğun azarkeşlərlə dolu olacaq.

“Avropa Oyunları yalnız idman yarışlarının yeni erasını deyil, həm də qitədə dostluğu nümayiş etdirir.”

Bakı 2015 komandasının yüksək vəzifəli üzvləri Koordinasiya Komissiyasını biletlər, kommersiya sponsorluğu, yayım müqavilələri və idman proqramı məsələlərindəki inkişafla bağlı məlumatlandırıblar.

Modern.az

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü