Modern.az

Azərbaycanda beşulduzlu otellər yalnız bir şəhərdədir – Mehmanxanaların “ulduz” STATİSTİKASI

Azərbaycanda beşulduzlu otellər yalnız bir şəhərdədir – Mehmanxanaların “ulduz” STATİSTİKASI

İqtisadiyyat

11 Oktyabr 2014, 10:52

Dövlət Statistika Komitəsi Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin sayını və vahidini Modern.az-a açıqlayıb.

Məlumatda ölkə üzrə ümumi sayın 527 olduğu bildirilib. Onlardan 29-u – 5 ulduzlu, 56-sı – 4 ulduzlu, 31-i – 3 ulduzlu, 13-ü – 2 ulduzlu, 18-i 1 – ulduzlu olmaqla ümumən 380 otel və mehmanxananı təşkil edir. Bu otellerdən 127-si (o cümlədən beşulduzlu otellərdən 29-u) Bakıda, 12-si Sumqayıtda, 6-sı Abşeron və 382-si digər rayonlarda fəaliyyət göstərir.

Qeyd edək ki,Sumqayıtda və Abşeron rayonunda 5 ulduzlu otel yoxdur.

4 ulduzlu otellər: Bakıda 37, Sumqayıtda – 1, Abşeronda – 2.

3 ulduzlu otellər: Bakıda – 16, Sumqayıt – 1, Abşeron – 3. 

2 ulduzlu hotellər: Bakıda – 3.

Komitədən qeyd edilib ki, Bakıda, Sumqayıtda və Abşeronda birulduzlu otel yoxdur. 

Xatırladaq ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir müddət əvvəl bildirib ki, hazırda Azərbaycanda 530 hotel fəaliyyət göstərir.

Nazir ötən 7 ildə mehmanxana sayının 2 dəfə artdığını qeyd edib.

Məltəm TALIBZADƏ


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!