Arxiv
5 Noyabr 2014, 13:00 | FOTOSÖHBƏT
Keçmiş təhsil naziri Firudin Cəlilovla FOTOSÖHBƏT

Modern.az saytı keçmiş  təhsili naziri Firudin Cəlilovla FOTOSÖHBƏT layihəsini təqdim edir.  

Firudin Cəlilov 6 may 1947-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Vedibasar bölgəsində anadan olub. 1966-cı ildə Bakıda orta məktəbi, daha sonra BDU-nun Filologiya fakültəsini bitirib. 1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləyib. O, pedaqoji fəaliyətlə yanaşı, elmi araşdırmalarla da məşğul olub, əvvəlcə namizədlik (1978), sonra doktorluq (1989) dissertasiyası müdafiə edib.

F.Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 200-dən artıq elmi məqalə və 20 kitab yazıb, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunub.

F.Cəlilov elmi-pedaqoji fəaliyəti ilə yanaşı ictimai-siyasi fəaliyətlə də məşğul olub. Əbülfəz Elçibəy, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digər ziyalılarla birlikdə 1986-dan gizli fəaliyət göstərən və 1988-ci il nümayişlərini təşkil edən «Varlıq» təşkilatının qurucusu, «Cənlibel» təşkilatı tədbirlərinin iştirakçısı, «Dirçəliş günü» kimi tarixə düşən 17 noyabr- 4 dekabr (1988) mitinqində nümayiş komitəsinin sədri olub. Bundan başqa, "Qarabağa Xalq Yardımı komitəsi"nin qurucularından biri və respublikada ilk demokratik ruhlu «Azərbaycan» qəzetinin redaksiya heyətinin üzvü, «Dövlət Əlifba komissiyası»nın (1990) rəhbəri olub.
F.Cəlilov 1990-cı ildə millət vəkili və Milli Məclisdə «Elm, təhsil və mədəniyət komissiyası»nın sədri seçilib. Onun rəhbərliyi ilə bu komissiyada hazırlanmış "Təhsil haqqında" Qanun (1993), o cümlədən dövlət atributlarından latın qrafikalı əlifbanın bərpası (1991), dövlət himni (1992) parlamentdə qəbul olunub. Azərbaycanın müstəqillik aktına (1991) imza atanlar sırasında olan F.Cəlilov Azərbaycan Respublikasının SSRI tərkibindən çıxmasına səs verən 43 deputatdan biridir.
1991-1993-cü illərdə bir sıra dövlət vəzifələrində – təhsil nazirinin müavini, Baş nazirin müavini, təhsil naziri işləyən F.Cəlilov müstəqil dövlətin qurulması, dövlətçilik yolunda aktiv iştirak edib, onun təşəbbüsü və rəhbərliyi ilə təhsil sistemində bir sıra islahatlar aparılıb. 

9 cildlik ("Doqquz bitik") "Azərbaycan türklərinin islamaqədər tarixi" əsərini yazıb. Bu əsərin ilk üç cildi 2014-cü ildə çap olunub. 

Ailəlidir, iki oğlu var.


Ailəvi şəklimizdir. Atam, anam, qardaşlarım, bacım və mən.

Şəkildə ailə üzvlərimlə yanaşı, mənə doğma olan nənəm, xalam, bibim və onların qızları da var.


Məktəb illəri...


Sinif yoldaşlarım ilə bir arada...


Bu şəkli məktəbdə "vinetka" üçün çəkdirmişdim...


Orta məktəbi bitirdiyim vaxt çəkdirmişəm. Elə həmin ildə universitetə qəbul olundum.


Leninqradda Jdanov adına Universitetdə kurs keçirdim. Çox şəkil çəkdirməyi xoşlamırdım, elə indi də xoşlamıram...Bu şəkil kurs yoldaşlarımın istəyi ilə çəkilmişdi.


Neva çayının sahilindəyəm...

Gənc vaxtalrımızda vaxt tapdıqca dənizə gedərdik.


Estoniyada bir il əsgərlikdə olmuşam. Yanımda gördükləriniz azərbaycanlı uşaqlardı. Onlarla hələ də münasibətim var. 
İndi hər biri vəzifə sahibidirlər.



Əsgərlikdə kimyəvi silahlardan istifadə zamanı bu geyimdə olurduq. Əsgərlik illərim mənim üçün öz maraqlı xatirələri ilə heç zaman yaddaşımdan silinməyəcək.


"Vətən səsi" qəzetinə müsahibə verdiyim zaman çəkilib.

Bakı Dövlət Universitetinin Dilçilik kafedrasında çəkilib. Universiteti bitirdikdən sonra elə burda işə başlamışam.

Azərbaycan dilçilik məktəbini yardanlardan biri, professor Səlim Cəfərovla...  Müəllimim olub və bir yerdə işləmişik.


Yoldaşım və böyük oğlumla... Və xoşbəxt bir ailə tablosu... Şəkli belə adlandırardım...  


Yoldaşım və oğlum...

Təhsil naziri işlədiyim dövrdə Misirə rəsmi səfərə dəvət olunmuşdum. Yoldaşımla  bir yerdə getdik. Bu şəkil də Süveyş kanalında gəzinti zamanı gəmidə çəkilib.

Övladlarım Araz və Tengiz..


Xanımım və oğlanlarım - Araz və Tengiz.


Misirdə piramidalarının yanında... Rəsmi qonaq olduğum üçün Misir hökuməti tərəfindən mənə qoruma kimi yanımda gördüyünüz insanlar verilmişdi. Şəkildən hiss olunmasa da, onların hamısının silahı var. Aramızda göy köynəkdə gördüyünüz şəxs isə Mahir müəllimdi, onu tərcüməçi kimi aparmışdım. İndi Suriyada səfirdi.

Türkoloji qurultayda fasilə vaxtı məşhur türkoloqlar çəkilən xatirə şəkli...

Məşhur türkoloq Yuansonla...  Qurultayda fasilə zamanı söhbət edirdik. Eyni kitabı hər ikimiz çapa hazırlayırdıq. "Söz Türki" adlanan bu kitabı indiyə kimi  nə mən, nə də Yuanson çap etdirə bildi. Çünki sponsor tapa bilmədik. Bu kitabın İsveç kitabxanasında bir nüsxəsi də var.


Xızıya gedəndə hərdən əlimə qaval alardım. "Səsiniz varmı" deyə soruşanda "Mən bu xırıltılı səslə nə oxuya bilərəm ki..." deyirdim.

Ankarada türkoloji qurultayın adından mənə ödül verilmişdi...

AXCP və AMİP arasında soyuqluq yaranmışdı. Mən də o toplantını təşkil edib, Əbülfəz Elçibəylə Etibar Məmmədovu barışdırdım. Şəkil də fasilə vaxtı çəkilib.

AMİP partiyasının 5 illiyini qeyd edirik. Etibar Məmmədov və xalq azadlıq hərəkatının fəallarından olan Mehdi müəllimlə bir arada...


İlk dəfə Ankaraya gedəndə Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdik. Sabir Rüstəmxanlı və Məhəmməd Əmin Rəsulzadənin qurduğu dərnəyin üzvləri ilə.

Sabir Rüstəmxanlı və Tənzilə xanımla Ağ Evin qarşısında...

AMİP-in yubileyində gələn qonaqları qarşılayırıq.  Əli Kərimli ilə səmimi söhbət zamanı çəkilən şəkil ...

Xızıda ağac əkirik. Onu deyim ki, ən sevdiyim işlərdən biri budur. Çünki mən torpaq adamıyam. Hər zaman çalışdığım qədər təəsərrüfat işlərində olmağa can atımışam. İndi isə səhhətim buna imkan vermir.

Xızıdayıq. Bir dostumla ova getmişdik. Cavanlıqda yaxşı ovçu olmuşam, amma indi görsəm də, vurmuram.
Yadımdadır ki, elə bu ov səfərindən də əliboş qayıtdım.


Rauf Denktaş Atatürkdən sonra ikinci türkçü dövlət adamı idi.  Onunla həm siyasi müstəvidə, həm də şəxsi münasibətlərimiz olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17 Əli Əsədov Erkan Özoralla görüşdü 14 Aprel 2021, 19:10 Ukraynanalı nazir Gəncəyə səfər edib - FOTOLAR 14 Aprel 2021, 19:03 Fransanın Qənimətlər parkı ilə bağlı açıqlamasına - XİN-dən CAVAB 14 Aprel 2021, 18:56 Lukaşenkonun Azərbaycana səfəri başa çatdı - FOTO 14 Aprel 2021, 18:49 Regionun inkişafı strateji prioritetdir 14 Aprel 2021, 18:42 Hesablama Palatası Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına öz töhfəsini verə bilər 14 Aprel 2021, 18:35 Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs 14 Aprel 2021, 18:28 “Ter-Petrosyan 2018-ci ildə mənə torpaqları qaytarmağı təklif etdi” - Paşinyan 14 Aprel 2021, 18:21 Paşinyandan ETİRAF: Şuşada çox sayda erməni polisi məhv olub 14 Aprel 2021, 18:14 100 nəfər prokurorluq orqanlarına işə qəbul olundu 14 Aprel 2021, 18:07 Təhsil Nazirliyi yeni elektron xidmət istifadəyə verdi 14 Aprel 2021, 18:00