Modern.az

Milli Bankın sədrinə cinayət işi açıldı

Milli Bankın sədrinə cinayət işi açıldı

2 Dekabr 2014, 13:20



Kiyevin Peçerski məhkəməsi paytaxt prokurorluğundan Ukrayna Milli Bankının sədri Valeriya Qontareva barəsində araşdırma aparılmasını xahiş edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın məmur vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır. İddia ilə vəkil Rostislav Kravets çıxış edib. O, bəyan edib ki, 2014-cü ilin avqust ayında Ukraynanın Mili Bankı valyuta ilə qəribə manipulyasiya edib. Belə ki, dolları bir qiymətə satıb, bir neçə gün sonra onu daha yüksək kursla alıb: “Beləliklə, Milli Bank hər bir dollarda 19 qəpik itirib və dövlətə ziyan dəyib”.

İddiacının fikrincə, Qontarevanın hərəkəti dövlətin maraqları ilə tam əks olub, ancaq varlı və nüfuzlu biznesmenlərin əlinə daha da varlanmaq fürsəti verib. O, Milli Bankın sədrinin hansı biznesmenlərə lobbiçilik etdiyini açıqlamayıb.  

Noyabrın 28-də Qontarevanın işdən çıxarılması ilə bağlı Ali Radaya heç bir fraksiyada təmsil olunmayan deputatlar Dmitri Svyataş və Valeri Pisarenkonun müraciətləri daxil olub. Xalq deputatları Milli Bankın rəhbərini müəyyən şəxslərin maraqlarını müdafiə etməkdə ittiham ediblər.  

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir