Modern.az

Azərbaycanlıların qida rasionu kasıblaşıb

Azərbaycanlıların qida rasionu kasıblaşıb

Ölkə

30 Avqust 2010, 16:39


Azad İstehlakçılar Birliyin sədri Eyyub Hüseynov Modern.az saytına bildirib ki, 2010-cu ildə Azərbaycanda insanların ən çox istifadə etdikləri ərzaq məhsulları un və un məmulatı olub. Çörək burada üstünlük təşkil edib. Onun sözlərinə görə, bu, insanların alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır: “Nəticədə istehlakçıların istifadəsindən bəzi ərzaq malları  yoxa çıxır. Bizləri çox ət yeyən kimi tanısalar da, ət istehlakına görə azərbaycanlılar dünya ölkələri sırasında xeyli geridə qalırlar. Bizim rasionumuzdan bəzi məhsullar çıxır. Məsələn, kürü, ağ balıq, nərə balığı növləri, ekoloji cəhətdən təmiz ərzaq növlərini orta və kasıb təbəqənin almaq gücü yoxdur. Hətta bəzi sitrus meyvə növləri də bu təbəqəyə aid deyil”.

Eyyub Hüseynov deyir ki, 17-ci əsrədək qara kürü kasıb kəndli yeməyi sayılırdı. Lakin sonralar əvvəlcə rus çarlarının, ardınca isə Avropa aristokratlarının süfrəsinə yol tapan qara kürü indi dünyanın ən ləziz və delikates ərzaq növü sayılır.
Azərbaycan qara kürü istehsalçısı olmasına baxmayaraq ölkə vətəndaşları onu ya yuxuda, ya da ən yaxşı halda toy süfrələrində görürlər. O da hələ keyfiyyətli kürü sayılmamalıdır.

Normal qidalanmaq üçün hər bir insanın qida rasionunda digər ət növləri ilə yanaşı balıq və balıq məhsulları da olmalıdır. Hər bir adam ildə 18-20 kq balıq əti, o cümlədən 150-200 qram qara kürü yeməlidir. Azərbaycanda isə qara kürü yemək çoxları üçün əlçatmazdır. Xəzər dənizindən tutulan və dillər əzbəri olan nərə balığının kürüsü bir neçə əsr öncə olduğu kimi kasıb yeməyi sayılmır. Yoxsul təbəqədən olan insanlar keçmişdən fərqli olaraq qara kürünü ancaq yuxuda görə bilərlər.

Qara kürüdən daimi olaraq istifadə etmək isə ancaq Azərbaycandakı varlılalara nəsib olur.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü