Modern.az

Bakıda Mərkəzi Avtovağzala giriş bağlanacaq

Bakıda Mərkəzi Avtovağzala giriş bağlanacaq

31 Avqust 2010, 17:11

Tikinti işləri ilə əlaqədar olaraq Avtovağzala və Biləcəri qəsəbəsinə mövcud girş-çıxış bağlanacaq. Bu barədə Nəqliyyat Nazirliyinin mətbiat xidməti məlumat yayıb.
Məlumata görə, “Bakı Dairəvi-1 Avtomobil Yolu»nun tikintisi ilə əlaqədar olaraq, mövcud Biləcəri enişi tikilib istifadəyə verildiyi üçün Bakı şəhərindən Mərkəzi Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinə və Biləcəri qəsəbəsinə hazırda istifadə edilən giriş-çıxış yolları bağlanacaq. Bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərindən alternativ yol kimi mövcud Biləcəri enişindən və Bakı-Rusiya yolunun 10-cu km-dəki yol ötürücüsündən istifadə etmələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi