Modern.az

İdmançıların tarixə düşən fikirləri - “Pele artıq futbola yox, muzeyə məxsusdur” - MARAQLI

İdmançıların tarixə düşən fikirləri - “Pele artıq futbola yox, muzeyə məxsusdur” - MARAQLI

2 Mart 2015, 17:18

İdmançılar  danışmağı o qədər sevməsələr də, bəzilərinin hazırcavablıq göstərərək söylədikləri sonradan az qala aforizm nümunəsi kimi xatırlanır. Modern.az həmin nümunələrdən bəzilərini təqdim edir:

Maykl Cordan (əfsanəvi amerikalı  basketbolçu): “Hər kəs bir Maykl Cordan olmaq istəyir və buna can atır. Amma mən hər gün Maykl Cordan olmaq zorundayam”.

Corc Best  (sonradan içkiyə qurşanan məşhur ingilis futbolçu): “1969-cu ildə bir müddət içkini və qadınları tərk etdim. O zaman həyatımın ən ağır 20 dəqiqəsini yaşadım”.

Əli Tanrıyar (“Qalatasaray”ın sabiq prezindeti):  “Qalatasay”ı sevməyən ölsün!”

Yohan  Kroyf  (əfsanəvi holland futbolçu): “İtaliyalılar heç vaxt sizə qalib gələ bilməzlər. Sadəcə, siz onlara məğlub ola bilərsiniz”.

Maradona ona “İspaniyada da uğur qazana biləcəksinizmi” soruşan jurnalistə deyir:  “Əgər top orada da yumrudursa, bəli, uğur qazanaram”.

Bill Şanklyi  (məşhur futbolçusu): “Bəziləri deyir ki, futbol ölüm-dirim məsələsi qədər vacibdir. İnanmayın, yalandır. Çünki bu futbol ondan da vacib bir məsələdir”.

Yohan Kroyf: “Həkimlər futbol oynamaq istəyirsənsə siqareti tərgitməlisən deyirdi. Mən də futbol oynamağı tərgitdim”.

Maradona Pele haqqında: “O artıq futbola yox, muzeyə aiddir”

Joze Maurinyo (portuqaliyalı məşqçi):  “Asan olanı istəsəydim “Porto”da qalardım. Çünki orada rahat, mavi kreslo, kuboklar, Tanrı var idi. Tanrıdan sonra isə mən idim”.

Yılmaz Vural (türkiyəli məşqçi): “Türkiyə milli komandasına mütləq bir əcnəbi məşqçi gətirmək istəyirsinizsə, mənə də deyin. Çünki alman pasportum da var”.

Zlatan İbrahimoviç (futbolçu): “Kristiano Ronaldo çox şanslı bir futbolçudur. Çünki hər dəfə Messinin mükafat almasını daha yaxından izləyə bilir”.

Paskal Numa (keçmiş “Beşiktaş”lı hücumçusu): “Mən ölən vaxt məni İnönüdə (“Beşiktaş”ın stadionu)  basdırarsınız”.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir