Arxiv
13 Aprel 2015, 12:48 | AKTUAL
Təqvimdəki matəm günlərini ləğv etmək lazımdırmı?

Millət vəkili Fazil Mustafa elektron mediada yazılarında bildirib ki, Türk Dünyasının yaranması üçün ilk növbədə tarixdəki matəm günləri ləğv edilməlidir. Bu qədər ağlamaqla normal düşüncə sahibi olmaq tərs mütənasibdir. Hörmətli deputatın fikirləri ilə razılaşmaq olar. Həqiqətən ağlamaqla, sızlamaqla bir qarışda olsa torpağı azad etmək olmaz,  həmçinin bu vasitə ilə  Azərbaycanın  həqiqətlərini  dünyaya çatdırmaq mümkün deyil.  

Lakin bu   fikir o anlama gəlməməlidir ki, biz millət olaraq matəm günlərindən, işğal təqvimindən  bir dəfəlik imtina etməliyik və yaxud bütün bunları etsək bir çox məsələlər öz həllini tapacaq.  Burada əsas önəm verilməli məsələ  həmin matəm günlərini necə qeyd edilməsindədir.  Digər tərəfdən  matəm  və işğal günləri o zaman  qisməndə olsa unudulacaq ki,  münaqişəyə və törədilən cinayət faktlarına dünyada ədalətli münasibət olsun. Cinayəti törədən cəza alsın, işğal faktı aradan qalxsın.  Təəssüf ki, bu gün bunların heç biri baş verməyib.


Deməli, matəm günlərinin qeyd olunmasına, anma tədbirlərinə, təbliğat məsələlərinə  yenidən baxmaq lazımdır. Təbii ki, keçirilən hər bir tədbirin məqsədlərindən biri odur ki,  dünya ictimaiyyəti   bu  münaqişə haqqında ətraflı məlumat əldə etsin,  saxtakarlıq edən erməni tərəfinin  mahiyyətin bilinsin. Əgər bu məlumatlar hədəfə  yetərincə çatmırsa,  deməli, nəyi isə dəyişmək lazımdır. 

Burada baş verənin  faciələrin  və ümumilikdə, konfliktin tədqiqindən, kitabların yazılışından,  daxili auditoriyanının bütün bunları necə  öyrənib qəbul etməsindən başlamaq lazımdır. Çünki müasir tarixşünaslığımızın  yazılışında, gənc nəslə çatdırılmasında  bir çox hallarda  problemlərin şahidi oluruq.. Əgər daxili auditoriya bunu belə öyrənirsə və yaxud belə çatdırılırsa  deməli,  xaricə ictimaiyyətə çatdırılmasında daha ciddi problemlər var.  

Bu yaxınlarda  Türkiyənin  bir qrup media işçisi Azərbaycana gəlmişdi. Ilkin məlumatlardan,  onların davranışlarından bu qənaətə gəlmək olar ki,   qardaş ölkənin media təmsilçilərinin  Azərbaycanla bağlı bilgiləri yetətincə deyil.  Görün,  jurnalistika ilə bağlı insanın  bu qədər məlumatı varsa, digər sadə vətəndaşların  Azərbaycanla bağlı bilgiləri hansı vəziyyətdə ola bilər. Təbliğat məsələlərinə,  müxtəlif  ağrılı tarıxımızlə bağlı   məqamlara,  bu sahədə görülən işlərə  yenidən baxmaq lazımdır. Hətta daxili auditoriyada,  xüsusilə, gənclərin arasında bu işlərin hansı vəziyyət olması  bu gün mənim fikrimcə yetərli deyil.

Bir faktı  qeyd etmək istərdim. Bu il  Xocalı  faciəsi ilə bağlı Bakı şəhərində fəaliyyət göstərən universitetlərin birində  Səriyyə Müslüm qızının xocalılı uşaqlarından bəhs edən “Böyüməyən Uşaqlar” kitabının  müzakirəsində mən də iştirak edirdim.  Bir türkiyəli tələbə Xocalı faciəsi  ilə bağlı çıxış etdi. Həmin türkiyəli gənc baş verən dəhşətlərə, insan taleyinə, ağrılarına etinasız qala bilməyərək ağladı və çıxışını başa çatdıra bilmədi.  Bu mənzərəni  seyr edən azərbaycanlı tələbələr isə türkiyəli gəncin bu hərəkətini istehzalı  gülüşlərlə qarşıladılar.

Təəssüf ki, türkiyəli gənc tələbə  də olan  səmiyyəti,  Azərbaycan  ağrlarını  özünküləşdirməyi bir çox  azərbaycanlı tələbələrdə görmürəm. Deməli, bir çox problemləri burada  axtarmaq lazımdır.  Kampaniyaçı  təbliğatdan qurtulmaq lazımdır. Matəm günləri, işğal tarixi də qeyd olunmalıdır.  İlk öncə bu ağrıları  hər kəs  daxilində yaşatmaldır. Bayrağımızada,  milli faciələrimizə də türkiyəli  o gəncin səmimiyyəti olmalıdı.. Saxta vətənətpərvərlik dövlətə də, cəmiyyətə də, millətə də lazım deyil. 

Sonda  beynəlxalq münasibətlər  və  dünya ictimaiyyətinin  münaqişələrə münasibəti ilə bağlı  bəzi məqamları qeyd etmək istərdim.   Hazırda dünyada mövcud olan beynəlxalq münasibətlər sistemi,  dövlətlərarası münasibətlərin tənzimlənməsi məsələsi politologiyada, elmi nəzəriyyələrdə aydın şəkildə göstərilir. Beynəlxalq hüquqa əsaslanan bu metodologiyalar  təəssüf ki, yalnız kağız, üzərində, kitablarda, imzalanan sənədlərdə  qorunub saxlanılır.

 Bu münaqişədə ən ciddi problemlərdən biri odur ki, Qərb, çox məlumatlı  dairələr  Dağlıq Qarabağla bağlı həqiqəti qəbul etmək istəmir. Həmin qüvvələr  bu münaqişədə kimin haqlı kimin  haqsız olduğunu gözəl bilsələrdə,  yalnız öz maraqları çərçivəsində  çıxış edirdlər. Lakin bütün bunlar bizə əsas vermir ki,  fəaliyyətimizi dayandıraq.  Deməli,   daha innovativ, cəlbedici  təbliğat  vasitələri üzərində dayanmaq lazımdır.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Nazir banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu GÖNDƏRDİ 11 İyul 2020, 19:06 Həftə ərzində gözlənilən hava şəraiti AÇIQLANDI 11 İyul 2020, 18:47 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25 Hacıqabulda reydlər davam edir - FOTO 11 İyul 2020, 14:20 Yağış xəstəxananın hasarını uçurdu - FOTOLAR 11 İyul 2020, 14:12