Arxiv
3 May 2015, 21:15 | AKTUAL
1 dəqiqə vaxt sərf edin, SAĞLAMLIĞINIZDAN XƏBƏRDAR OLUN


Cəmisi 1 dəqiqə ərzində sağlamlığınızdan xəbərdar olmaq istəyirsinizsə, nəbzinizi yoxlayın. Nəbz vurğularının sayı sizə sağlamlıq durumunuz haqqında çox şeylər deyəcək.

Madern.az saytı sağlamlıqla bağlı növbəti yazını təqdim edir.

Hələ 5 min il əvvəl Şərq təbabətində nəbz diaqnostikası ilə xəstəlikləri aşkar edərək müəyyənləşdiriblər. Tibet loğmanları bu üsuldan geniş istifadə edərək nəinki xəstəlikləri, hətta insanların daxili hisslərini, emosiyalarını, keçirdikləri həyəcanların səbəbini də öyrənə biliblər.

Nəbzlə orqanizmin vəziyyətini öyrənmək müasir dövrdə də xalq təbabətində geniş tətbiq olunur. O cümlədən insanlar özləri də bu vasitədən istifadə edərək sağlamlıqları haqqında ilkin təsəvvür əldə edə bilərlər.

Əvvəlcə nəbz vurğularının yaşa görə norma saylarına nəzər yetirək:

Yeni doğulmuş uşaqlarda sakit vəziyyətdə nəbz vurğularının sayı dəqiqədə 140;

1 yaşa çatdıqda dəqiqədə 130 vurğu;

1-2 yaşlarında 100 vurğu:

3 yaşdan 7 yaşa qədər 95 vurğu;

8-14 yaşlarında 80 vurğu;

14 yaşdan başlayaraq orta yaş dövrlərində 72 vurğu;

50-55 yaşdan sonra dəqiqədə 65 vurğu.

Nəbzin dəqiq ölçülməsi üçün ən yaxşı vaxt səhər yuxudan oyanan kimidir. Yaxud gündüz 11-13 saatları arasında. Yəni, səhər və günorta yeməklərinin arasındakı vaxtda. Aşağıdakı hallarda nəbzin ölçülməsi yanlışlıq yaradır:

1. Qida, alkoqol və dərman qəbulundan sonra

2. Güclü aclıq hissi zamanı

3. Gərgin fiziki və zehni işdən sonra

4. Vanna qəbul etdikdən sonra

5. Cinsi əlaqədən sonra

6. Hədsiz isti, yaxud soyuq havadan qayıtdıqdan sonra

7. Gecə yuxusuzluğundan sonra

Nəbz vurğularının sayı dəqiqədə 100-dən artıq və ya 50-dən az olarsa bu orqanizmdə, xüsusilə ürəyin fəaliyyətində ciddi problemlərdən xəbər verir. Belə olan halda həkimə müraciət etmək vacibdir. Həmçinin nəbzi tapmaq çətin olduqda və nəbz vurğuları ritmik olmadıqda bu da sağlamlıqda mövcud olan problemlərə işarədir.

Nəbzinizi ölçərkən 15 və ya 30 saniyədəki vurğuların sayını müvafiq olaraq 4-ə və 2-yə vurmaqla nəticə əldə etməyin. Bu rəqəmdə yanlışlıq ehtimalı böyükdür. Daha dəqiq nəticə əldə etmək istəyirsinizsə bütöv 1 dəqiqə ərzindəki vurğuların sayını əsas götürün.

Ümumilikdə, orta yaşlı sağlam insanın nəbz vurğularının sayı 60-80 arası olmalıdır. Bu göstəricinin aşağı və yuxarı həddi insanın boyu, qadın və kişi cinsindən olmasından asılıdır.

Müntəzəm olaraq nəbzinizi yoxlayın ki, sağlamlığınızın nəbzini tuta biləsiniz. Bunun üçün isə sizə cəmisi 1 dəqiqə vaxt lazımdır.

İlham Cəmiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur 3 İyul 2020, 18:45 Şeyx din xadimlərini topladı - FOTO 3 İyul 2020, 18:42 Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir 3 İyul 2020, 18:36 Naxçıvanda 11 nəfər koronavirusdan ölüb 3 İyul 2020, 18:35 Prezident Şahin Mustafayevi bu vəzifədən azad etdi - SƏRƏNCAM 3 İyul 2020, 18:31 “Türk Hava Yolları” İstanbul-Bakı reysi ilə bağlı açıqlama YAYDI 3 İyul 2020, 18:30 Zərərçəkmiş sahələrə dövlət dəstəyini davam etdirəcək  - Prezidentin köməkçisi 3 İyul 2020, 18:26 “Məndə koronavirus var” deyə özündən şübhələn şəxs öncə hara zəng etsin? 3 İyul 2020, 18:23 TƏBİB sədrindən evdə qalanlara məsləhət: idman edin! 3 İyul 2020, 18:20 Hazırda əsas diqqət mağaza və marketlərə yönəlib - Prezidentin köməkçisi 3 İyul 2020, 18:14 Metronun sərnişinləri 600 mindən 160 minədək azalıb 3 İyul 2020, 18:10 Hamilələr xəstəliyi daha ağır keçirir? - TƏBİB-dən cavab 3 İyul 2020, 18:07 Ramin Bayramlı jurnalistlər və həkimlərin yoluxmasından danışdı 3 İyul 2020, 18:03 İyulun 5-dən sonra SMS-lə icazə alanda avtomobil də qeyd olunmalıdır - TƏLƏB 3 İyul 2020, 18:00 Yoluxma simptomu olmayanlar təhlükəli şəxslərdir - Ramin Bayramlı 3 İyul 2020, 17:56 Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi 3 İyul 2020, 17:56 Rayonlara gediş-gəliş hələ açılmayacaq - Prezidentin köməkçisi  3 İyul 2020, 17:52 İyun ayının 190 manatı bu tarixdə veriləcək - RƏSMİ 3 İyul 2020, 17:49 Şənbə-bazar günü işə gedənlər nə edəcək? - Operativ Qərargahdan AÇIQLAMA 3 İyul 2020, 17:46 SMS icazə sistemində YENİLİK edildi 3 İyul 2020, 17:44 Qazaxıstanda Nazarbayevə heykəl ucaldıldı 3 İyul 2020, 17:40 icazə.e-gov.az portalında yenidən icazə almaq tələb olundu - XƏBƏRDARLIQ 3 İyul 2020, 17:39 Payız ayları üçün vəziyyətə hazır olmalıyıq - TƏBİB sədri 3 İyul 2020, 17:34 “Yas mərasimində 84 nəfər koronavirusa yoluxub” - Ramin Bayramlı 3 İyul 2020, 17:29 Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür - RƏQƏMLƏR 3 İyul 2020, 17:24 Azərbaycanda koronavirusdan ölüm 2 faiz təşkil edir 3 İyul 2020, 17:21 Koronavirusla bağlı qeyri-müəyyənlik davam edir - Prezidentin köməkçisi  3 İyul 2020, 17:18 Türkiyə Ali məhkəməsi Aya Sofya məbədinin statusunu dəyişməyə icazə verdi 3 İyul 2020, 17:17 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü  3 İyul 2020, 17:16 Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik” - Prezidentin köməkçisi 3 İyul 2020, 17:13 Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO 3 İyul 2020, 17:11 Operativ Qərargah brifinq keçirir - Canlı 3 İyul 2020, 17:05 İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı 3 İyul 2020, 17:00 Baş Nazir sərt karantin rejimi barədə qərarı TƏSDİQLƏDİ 3 İyul 2020, 16:55 Putin Konstitusiyaya dəyişiklikləri TƏSDİQLƏDİ 3 İyul 2020, 16:51