Modern.az

Direktorların attestat və şəhadətnamə qiymətlərilə bağlı yeni fırıldağı...

Direktorların attestat və şəhadətnamə qiymətlərilə bağlı yeni fırıldağı...

Aktual

5 May 2015, 12:28

TQDK valideynlərin narahatlığına son qoydu


Bu il orta məktəbin 9 və 11-ci siniflərini bitirərək ali məktəblərə və kolleclərə sənəd verməyə hazırlaşan məzunlar arasında çaşqınlıq yaranıb. Buna səbəb bəzi  məktəb direktorlarının məzunlara veriləcək şəhadətnamə və attestatlarda yazılacaq qiymətlərin qəbul imtahanlarının nəticələrinə təsir edəcəyini bildirməsidir.
Bunu əlində əsas tutan direktorlar təşvişə düşən valideynlərdən mümkün qədər daha çox “şirinlik” almaq niyyətindədirlər.

Modern.az-ın məlumatına görə, vəziyyətdən narahat olan valideynlər müxtəlif yollarla həmin “şirinliyi” ünvanına çatdırmağa çalışırlar.

Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə valideynləri çaşqınlıqdan qurtarıb.

“Ali məktəblərə və kolleclərə qəbulla bağlı müsabiqə şərtləri artıq elan olunub. Orada fənlər üzrə ayrılıqda olan ümumi nəticənin təsiri barədə məlumat verilməyib. Yəni qəbul imtahanı zamanı attestat və şəhadətnamə qiymətlərinin nəticələrə təsiri nəzərdə tutulmayıb”.

Gülşən RAUFQIZI                                       

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır