Modern.az

“Qızıl kəlmə” mükafatının bütün qalibləri - SİYAHI

“Qızıl kəlmə” mükafatının bütün qalibləri - SİYAHI

Təhsil

7 May 2015, 18:21



Bu gün Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatının təqdimat mərasimi keçirilib.

Sayca dördüncü olan mükafata 5 nominasiya üzrə - nəsr, poeziya, ədəbi tənqid və publisistik, orijinaldan bədii tərcümə və uşaq ədəbiyyatı üzrə 61 əsər təqdim edilib.
Əsərlər nazirliyin rəhbərliyi ilə nüfuzlu qələm sahibləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Çingiz Əlioğlu, Nizaməddin Şəmsizadə, Telman Vəlixanlı, Vaqif Bəhmənli, Rəşad Məcid, Vaqif Yusifli və Elnarə Akimovadan ibarət 11 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bu il beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” mükafatının verilməsi də məqsədəuyğun sayılıb. Ümumilikdə, 11 əsər mükafata layiq görülüb.

Modern.az bütün qaliblərin siyahısını təqdim edir:

Nəsr nominasiyası: Natiq Məmmədli (“Körpüdə ümid” romanı) və Şəmil Sadıq (“Odərlər” romanı). 

Poeziya: Əhməd Qəşəmoğlu (“Sonsuzluğun ahəngi” şeirlər kitabı) və Ramiz Məmmədzadə (“Ümid” şeirlər kitabı).

Ədəbi tənqid və publisistika üzrə: Azər Turan (“Əli bəy Hüseynzadə”) və Bədirxan Əhmədov (“XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələləri və problemləri”).

Bədii tərcümə: Şıxəli Əliyev (Nəcib Məhfuzun “Fivin mübarizəsi” romanı) və Kazım Səlimov (Stiven Kinqin “Yazı sənəti” kitabı).

Uşaqlar üçün yazılan bədii əsərlər nominasiyası: Qəşəm İsabəyli (“Leyləyin intiqamı”) və Sevinc Nuruqızı (“Qədim Bakıya səyahət” kitabı). 
“Şans” mükafatı: Fuad Babanlı (“Qırovdan sonra”) və Rəşid Faxralı (“Ömrümün üç nöqtəsi”).

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir