Modern.az

Erməni ekspertin Putinə MÜRACİƏTİ: “Qarabağ əldən gedir”

Erməni ekspertin Putinə MÜRACİƏTİ: “Qarabağ əldən gedir”

Aktual

9 May 2015, 16:08

 

Ermənistanın daxilində cərəyan edən təlatümlü siyasi proseslər və ölkənin beynəlxalq aləmdəki imicinin zəifləməsi rəsmi Yerevan üçün həyəcan yaratmaya bilməz.  

Ermənistan hakimiyyətinin yürütdüyü işğalçı siyasət və onun mənfi təzahürləri ölkə xaricində yaşayan erməniləri də narahat edir.  

Söhbət ondan gedir ki, Serj Sərkisyan hakimiyyətinin zəifləyən siyasi gücü işğal edilən Azərbaycan torpaqlarının Ermənistanın əlindən çıxmasına şərait yaradır və bunu erməni cəmiyyəti də yaxşı başa düşür.  

Heç də təsadüfi deyil ki, hərbi, siyasi, beynəlxalq əlaqələrinin illərdir gerilədiyini başa düşən Ermənistan prezidenti Serj Sərkisyan Rusiyanın Azərbaycana silah satmasından açıq şəkildə əndişəyə düşdüyünü vurğulamışdı.   

Bundan sonra isə Ermənistan rəsmiləri Azərbaycanın aldığı silahların Qarabağ cəbhəsində onlara təhdid yaratdığını dəfələrlə bəyan ediblər.   Ermənistanın nüfuzunun aşağı düşməsi, orduda baş verən insidentlər, hərbçi itkilərinin çoxalması, üstəgəl Rusiyanın Azərbaycana silah alması fonunda xaricdə yaşayan ermənilər də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın haqlı mövqeyinin xeyrinə nəticələnəcəyindən ehtiyat edirlər.  

Bu mənada Moskvada yaşayan hüquq müdafiəçisi, politoloq Arbak Xaçatryanın Rusiya prezidenti Vladimir Putinə ünvanladığı açıq məktub diqqət çəkir.  

Modern.az saytının məlumatına görə 23 apreldə Arbak Xaçatryan Kreml başçısına etdiyi müraciətdə qeyd edib ki, Ermənistanda hökm sürən acınacaqlı vəziyyət çox güman ki, regionda “ikinci Maydan” böhranının yaranmasına gətirib çıxara bilər.   Ekspert Dağlıq Qarabağ konflikti kontekstində Rusiya-Azərbaycan əlaqələrinin Ermənistan üçün faciəvi olduğunu bildirib.  

“Başa düşürük ki, Rusiya Azərbaycanla əlaqələrdən tamamilə imtina edə bilmir. Amma Bakının siyasi oriyentasiyası Rusiyaya meyllənməyib. Çünki Bakı Türkiyə ilə əməkdaşlığa üstünlük verir. Bundan başqa Rusiya Azərbaycanla əlaqələri dərinləşdirməklə Cənubi Qafqazda yeganə müttəfiqi Ermənistanı itiricək. Rusiyanın Azərbaycana satdığı silahlar artıq Ermənistanı güllələyir”,-deyə məktubda qeyd edilib.    

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı