Modern.az

Allahşükür Paşazadə İranın Radio və Televiziya Təşkilatının sədr müavini ilə görüşdü

Allahşükür Paşazadə İranın Radio və Televiziya Təşkilatının sədr müavini ilə görüşdü

13 May 2015, 18:25



Mayın 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İranın Radio və Televiziya Təşkilatının sədr müavini Mühəmməd Əhkarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, görüşdə qonaqları salamlayan QMİ sədri, müstəqilliyimizə qovuşduqdan sonra Azərbaycanda dini-mənəvi həyatın dirçəldilməsi istiqamətində görülən işlər, dövlətimizin dini irsə qayğısı barədə məlumat verib.

QMİ sədri xalqlarımız və dövlətlərimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsində KİV-in və qələm əhli olan jurnalistlərin böyük rolu olduğunu xüsusi vurğulayıb. Şeyxülislam A. Paşazadə televiziya və radionun geniş imkankarından müqəddəs dinimizin mənəvi dəyərlərinin təbliğatı, effektli maarifləndirmə işi üçün istifadənin vacibliyinə diqqəti çəkərək, bununla bağlı mülahizələrini bildirib. QMİ sədri Qafqaz Müsəlmanları İdarəsinin AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycanın yerləşdiyi coğrafi məkana uyğun  namaz vaxtları, dini bayramları əks etdirən təqvimin hazırlanması üzərində gedən iş və iranlı alimlərlə bu sahədə aparılan məsləhətləşmələr barədə də qonagı məlumatlandırıb.

Səmimi qəbula görə təşəkkürlərini bildirən qonaq, öz növbəsində, rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələr, dini maarifləndirmə sahəsində görülən işlər barədə Şeyxülislama məlumat verib.

Görüşdə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri M.Pakayin, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və sədrin müavini Fuad Nurullah iştirak ediblər.

Görüşün sonunda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?