Modern.az

Seçki marafonunda daha bir sürpriz: Sahib Alıyev Aynur Camalqızının dairəsinə gəldi

Seçki marafonunda daha bir sürpriz: Sahib Alıyev Aynur Camalqızının dairəsinə gəldi

28 Sentyabr 2010, 20:16

7 noyabr parlament seçkiləri yaxınlaşdıqca deputatlığa namizədliyini irəli sürən tanınmış simalarla bağlı gözlənilməz qərarlar müşahidə olumaqdadır. Kimi namizədliyini geri götürür, kimi də namizədliyini irəli sürdüyü seşki dairəsini dəyişir. Modern.az saytının məlumatına görə, bir müddət öncə deputatlığa namizədliyini 107 saylı Qazax seçki dairəsindən irəli sür “Lider” telekanalının əməkdaşı, tanınmış telejurnalist Sahib Alıyev də sürpriz qərar qəbul edib. O da seçki dairəsini dəyişir.

Qeyd edək ki, Sahib Alıyev sentyabrın 23-də imza vərəqələrini də 107 saylı DSK-ya təhvil vermişdi.

Ancaq Modern.az saytına məlum olub ki, deputat Əhməd Vəliyev Yeni Azərbaycan Partiyası tərəfindən 107 saylı Qazax seçki dairəsinə göndərildiyinə görə, tanınmış jurnalist dairəsini dəyişmək qərarına gəlib.

Artıq Sahib Alıyev namizədliyini 95 saylı Tərtər seçki dairsəindən irəli sürüb.

Məlumatı Modern.az saytına açıqlamasında 95 saylı dairə seçki komissiyasının sədri Həmid Mehdiyev də təsdiqlədi.
Saytımıza açıqlamasında DSK sədri bildirdi: “Dünən (sentyabrın 26-da red.) Sahib Alıyev sənədlərini bizə təqdim edib. Biz hazırda həmin sənədləri araşdırırıq. Yəqin ki, sabah imza vərəqələri ona təqdim olunacaq”.

Qeyd edək ki, hazırda bu dairənin Milli Məclisdə deputat Aynur Camalqızı təmsil edir. O da yenidən deputatlığa namizədliyini irəli sürüb.  

Hakim Yeni Azərbaycan Partiyasının 95 saylı Tərtər seçki dairəsindən namizədi isə YAP Tərtər rayon təşkilatında aparat rəhbəri olan Əhməd Əhmədovdur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır