Arxiv
20 İyul 2015, 00:35 | ƏDƏBİYYAT
Abbasqulu Ağa Bakıxanov Şah İsmayıl Xətai haqqında nə yazıb?

AMEA Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki "Şah Xətai İrsini Araşdıran Qrup"un təşəbbüsü ilə Azərbaycan Səfəvilər Dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayıl Xətainin irsinin təbliğində 19-cu əsr tanınmış Azərbaycan mütəfəkkiri Abbasqulu Ağa Bakıxanovun rolu mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada AMEA-nın Fəlsəfə və Hüquq, Tarix, Şərqşqnaslıq İnstitutlarının alimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun Azərbaycanın Orta Əsrlər Tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli qeyd edib ki, Şah Xətai dövrünü geniş şəkildə izah edib. D.Əzimli bildirib ki, Xətai dünya tarixində özünəməxsus yer tutan nadir şəxsiyyətlərdən biridir, onun dövrü Azərbaycan tarixinin qızıl dövrüdür. Ona görə Şah Xətainin Qızılbaşlıq ideyası Türk millətçiliyi ilə ifadə olunub: “Şah İsmayıl Xətainin dövründə millət vahid ideologiya ətrafında birləşdirildi. Bu çox böyük tarixi bir vəzifə idi ki, Şah Xətai öhdəsindən gəldi. Məsələnin digər tərəfi isə Azərbaycan türkcəsinin dövlət dili səviyyəsinə gətirilməsiydi. Şah İsmayıl Xətai Bütöv Azərbaycanın, Türklüyün simvoludur”.

O bildirib ki, Xətaiylə bağlı qarayaxmalara görə dövlət rəhbərliyinə müraciət etmək lazımdır.

Tarix İnstitutunun Azərbaycan Orta Əsrlər Tarixi şöbəsinin tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov isə A.A.Bakıxanovun irsində Səfəvilərin əksində bəhs edib. X.Qasımov bildirib ki, Bakıxanov Səfəvi dövründəki mədəniyyəti çox böyük ustalıqla ifadə edib. Onun fikrincə, Bakıxanovun Səfəvilərə olan sevgisi onun milli mədəniyyətə və vətənə bağlılığından irəli gəlib.

AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov (Qəzənfəroğlu) öncə bildirib ki, Şah İsmayıl Xətainin dogum günü Azərbaycanın Bütövlük günü kimi qeyd olunmaldır. Onun fikrincə, 18 iyul tarixi Xətai Azərbaycanın bütövləşməsi yolunda böyük bir rol oynamaqdadır.

”Bunu hiss edən düşmənlərmiz istər Güney Azərbaycanda, istərsə Quzey Azərbaycanda Xətaini qaralama kampaniyası aparırlar”.
F.Ələkbərov qeyd edib ki, Səfəvilərin Azərbaycan Türk tarixində möhtəşəmliyini ilk görənlər arasında A.A.Bakıxanov mühüm yer tutur. Bakıxanovun "Gülüstani-İrəm" əsərində Səfəvilərə xüsusi diqqətin ayrılması və sair məsələlər bu kitabın Çar Rusiyası tərəfindən nəşrini əngəlləyib. Ümumiyyətlə, Bakıxanovun bu əsəri  milli tarixdə mühüm rola malikdir. Ona görə də, həm Çar Rusiyası, həm də Sovet Rusiyası Bakıxanovun bu əsərinə və onun şəxsiyyətinə birmənalı yanaşmayıb.
F.Ələkbərov bildirib ki, Bakıxanov Azərbaycan mədəniyyətində və tarixində hələ də layiqli yerini ala bilməyib. Belə ki, Çar Rusiyası və SSRİ dövründə Bakıxanov islamçılıqda, Quba üsyanına yardım etməkdə, feodallıqda və s. məsələlərdə ittiham olunduöğu halda, indi də Çar Rusiyasının polkovniki olmaqda və suçlanır. Ələkbərova görə, bu günə qədər Bakıxanovun "Gülüstani-İrəm" əsərinin orijinalının dövlət səviyyəsində Azərbaycan türkcəsində nəşr olunmamsı doğru deyil. Yalnız akademik Ziya Bünyadovun Bakıxanovun həmin əsərini 1991-ci ildə rus dilində yayımlamasıyla təsəlli tapırıq.

Ələkbərov deyib ki, bu gün Azərbaycanın birləşməsi məsələsi bəziləri üçün xəyal, ya da qeyri-ciddi görünə bilər. Amma bir gün Azərbaycan birləşəndə, yəni iki Azərbaycan bir olanda hamı bu gerçəkliyi öz gözləri ilə görüşəcək.

Tədbirdə çixş edən AMEA Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki "Şah Xətai İrsini Araşdıran Qrup"un rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Nazim Hüseynov bildirib ki, Bakıxanov Səfəvi irsini bizə çatdıran böyük tarixçidir. Onun fikrincə, Bakıxanovun "Gülüstani-İrəm" tarixi əsərində Səfəvilərə geniş yer verməsi Çar Rusiyasının maraqlarına cavab verməyib. N.Hüseynov çıxışında Səfəvilərin Qızılbaşlıq ideologiyasının mahiyyətini də geniş şəkildə izah edib.

Daha sonra tədbirdə mövzuyla bağlı digər alimlər Mirzə Ənsəri, Şahin Bağırov, Paşa Həsənli və başqaları da maraqlı məqamlara toxunublar.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verildi 22 Fevral 2020, 11:10 Hava limanında nəzarət gücləndirilib: Koronovirusa nəzarətçi heyətin sayı artırılıb 22 Fevral 2020, 11:01 MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək 22 Fevral 2020, 10:52 Polis Bakıda axtarışda olan 26 nəfəri saxladı 22 Fevral 2020, 10:44 Serbiyada Xocalı qurbanlarının xatirəsi anılıb - FOTO 22 Fevral 2020, 10:36 “Hamı Qarabağ, “Qarabağ Azərbaycandır!” - Azərbaycanlılar bu gün Berlində toplanır   22 Fevral 2020, 10:28 Baş redaktor azadlığa çıxdı 22 Fevral 2020, 10:18 Fransalı alim: “Xəzər dənizinin səviyyəsi 2 metr azalıb, daha da azalacaq” – MÜSAHİBƏ 22 Fevral 2020, 10:09 “Srebrenitsa anaları” Xacalının anım tədbirində - FOTO 22 Fevral 2020, 10:02 Küveyt İrana uçuşları dayandırdı 22 Fevral 2020, 09:55 Vasif Talıbov müəllimə 5 min manat mükafat verdi 22 Fevral 2020, 09:48 Hacıqabulda yenidən zəlzələ oldu - YENİLƏNİB 22 Fevral 2020, 09:40 Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı 22 Fevral 2020, 09:33 “Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq 22 Fevral 2020, 09:24 Qondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB 22 Fevral 2020, 09:16 Cəbhədə gərginlik artıb - atəş kəsmir 22 Fevral 2020, 09:10 Sankt-Peterburq - Bakı reysi ləğv edildi - Foto 22 Fevral 2020, 08:49 Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatıb 22 Fevral 2020, 08:41 Şamaxıda zəlzələ olub 22 Fevral 2020, 08:26 Parisdə Xocalı faciəsinin anım mərasimi - FOTO 22 Fevral 2020, 08:16 Ucarda avtobus piyadanı vurub öldürdü 22 Fevral 2020, 00:53 Tovuzda məktəbli dərs vaxtı bıçaqlanıb 22 Fevral 2020, 00:37 Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi 22 Fevral 2020, 00:21 Sumqayıtda restoran yaxınlığında əl qumbarası tapıldı 22 Fevral 2020, 00:02 Azərbaycanın da qoşulduğu neft alyansı dağıla bilər 21 Fevral 2020, 23:49 Bakıda gənc oğlanı  dostu bıçaqladı 21 Fevral 2020, 23:43 Sel 6 məktəblinin həyatına son qoydu 21 Fevral 2020, 23:27 İlham Əliyev  və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldu  - FOTO 21 Fevral 2020, 23:09 Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək 21 Fevral 2020, 22:50 Bakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi - FOTO 21 Fevral 2020, 22:33 Bu ölkə də vətəndaşlarını Çindən təxliyə edir 21 Fevral 2020, 22:14 Leyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTO 21 Fevral 2020, 22:01 "Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham Əliyev 21 Fevral 2020, 21:45 Ərdoğanla Putin arasında qızğın müzakirə 21 Fevral 2020, 21:28 ATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEO 21 Fevral 2020, 21:12