Modern.az

Bütün deputatlığa namizədlər barədə yeni məlumat

Bütün deputatlığa namizədlər barədə yeni məlumat

Ölkə

14 Oktyabr 2010, 10:32

Mərkəzi Seçki Komissiyası (MSK) dördüncü çağırış Milli Məclisə noyabrın 7-də keçiriləcək seçkilərdə qeydə alınmış deputatlığa namizədlərin irəli sürülməsi və siyasi partiya mənsubiyyəti barədə məlumat yayıb.

Modern.az saytı xəbər verir ki, Yeni Azərbaycan Partiyası 111 nəfər, “AXCP-Müsavat” bloku 30, “İslahat” bloku 30, “Qarabağ seçki bloku” 28, Klassik Xalq Cəbhəsi Partiyası 28, Demokratik Azərbaycan Partiyası 20, Azərbaycan Milli İstiqlal Partiyası 19, “Demokratiya” bloku 13, “İNSAN NAMİNƏ” bloku 12, Ana Vətən Partiyası 7, Müasir Müsavat Partiyası 4, Azərbaycan Sosial Demokrat Partiyası 2, Azərbaycan Milli Demokrat Partiyası 1, Azərbaycan Tərəqqi Partiyası 1 nəfərin namizədliyini irəli sürüb.

Bununla yanaşı, seçicilərin təşəbbüs qrupları tərəfindən 7, vətəndaşların özləri tərəfindən 346 namizəd irəli sürülüb.

Ümumi namizədlərin partiya mənsubiyyətinə gəldikdə isə 134 nəfər Yeni Azərbaycan Partiyasının, 23-ü Klassik Xalq Cəbhəsi, 22-si Müsavat, 17-si Azərbaycan Xalq Cəbhəsi, 18-i Demokratik Azərbaycan Dünyası, 17-si Milli İstiqlal, 11-i Bütöv Azərbaycan Xalq Cəbhəsi, 11-i Vətəndaş Həmrəyliyi, 10-u Azərbaycan Demokrat, 10-u Ümid, 9-u Böyük Quruluş, 8-i Ana Vətən, 6-sı Kommunist, 6-sı Vətəndaş və İnkişaf, 4-ü Aydınlar, 4-ü Müasir Müsavat, 3-ü Demokratik İslahatlar, 3-ü Sosial Rifah, 3-ü Ədalət, 3-ü Liberal, 2-si Sosial Demokrat, 2-si Xalq, 1-i Azadlıq, 1-i Azad Respublikaçılar, 1-i Demokratik Maarifçilik, 1-i Milli Demokrat, 1-i Milli Dövlətçilik, 1-i Təkamül, 1-i Tərəqqi, 1-i Böyük Azərbaycan, 1-i Milli Qurtuluş, 1-i Vəhdət, 1-i Vətəndaş Birliyi partiyalarının üzvləridirlər.

Qalan namizədlərdən 26 nəfəri partiya mənsubiyyətini göstərməmişdir. Bitərəf namizədlərin sayı isə 296 nəfərdir.

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır