Modern.az

Ziyad Səmədzadə Çindən kitab yazıb

Ziyad Səmədzadə Çindən kitab yazıb

14 Oktyabr 2009, 17:58

Modern.az saytı xəbər veiri ki, Yeni Azərbaycan Partiyasının  (YAP) təşəbbüsü ilə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin «Çin qlobal dünya iqtisadiyyatında» kitabının təqdimat olub.

YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov bu kitabın Çin Xalq Respublikasının yaranmasının 60 illiyinə həsr olunduğunu bildirib. Onun sözlərinə görə, kitab dünya iqtisadiyyatında özünəməxsus yer tutan Çinin iqtisadi modelinin təhlilinə əsaslandığı üçün xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan iqtisadiyyatı da çox qısa zaman içərisində özünəməxsus modeli formalaşdıraraq dünyada ən sürətli inkişaf templərini nümayiş etdirə bilib. Dünya iqtisadi böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf göstəriciləri nümayiş etdirməklə yaratdığı modelin unikallığını sübuta yetirib.

Bu mənada hesab edirəm ki qarşılıqlı elmi fikir mübadiləsinin aparılması baxımıfndan akademikin qələmindən çıxmış fundamental kitabın unikal əhəmiyyəti var”.

Akademik Fuad Qasımzadə bu kitabın sanballı elmi əsər olduğunu vurğulayıb.

Dıgər akademik Vasim Məmmədəliyev Azərbaycan - Çin əlaqələrinin qədim tarixə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu münasibətlər Nizami Gəncəvinin «Yeddi gözəl» poemasında, Qətran Təbrizinin əsərlərində və digər mənbələrdə öz əksini tapır. Yəni tarix göstərir ki, Azərbaycanda Çinə qarşı maraq həmişə olub. Z.Səmədzadənin 600 səhifədən çox manumental əsər yazdığını bildirən natiq deyib ki, bu kitab məşhur bir iqtisadçı alimin zəhmətinin bəhrəsidir. 

Auditorlar Palatasının sədri Vahid Novruzov da «Çin qlobal dünya iqtisadiyyatında» kitabının ciddi əsər olduğunu bildirib. Onun sözlərinə görə, kitab ensiklopedik xarakter daşıyır və  zəngin biliyin nəticəsi kimi ərsəyə gəlib. 

Hesablama Palatasının üzvü Mehriban Alışanova bildirib ki, kitabda dünya iqtisadiyyatı problemlərinin araşdırılmasına, ölkələrin təcrübələrinin dərindən öyrənilməsinə və onların mütərrəqi cəhətlərinin Azərbaycana tətbiq edilməsinə böyük yer ayrılıb. Onun sözlərinə görə, çinin  60 illiyinə və xalqlarımızın dostluğuna həsr oluqmuş «Çin qlobal dünya iqtisadiyyatında» kitabında müasir beynəlxalq iqtisadi münasibətlərin aktual problemləri geniş araşdırılıb.

Tədbirdə çıxış edən Belarusun ölkəmizdəki səfiri Nikolay Paskeviç təmsil etdiyi dövlətin Çinin iqtisadi təcrübəsindən istifadə etdiyini vurğulayıb. Onun fikrincə, Çin bir çox iqtisadi uğurlara imza atıb. Azərbaycan iqtisadiyyatının da sürətlə inkişaf etdiyini deyən səfirin sözlərinə görə, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. 

Ziyad Səmədzadə isə bildirib ki, Çinə bir neçə dəfə səfər edib və bu səfərlər zamanı ölkənin iqtisadi inkişafı ilə maraqlanıb: “Dünyada müxtəlif iqtisadi modellərin olduğunu deyən müəllifin sözlərinə görə, bu cəhətdən Çin özünəməxsusluğu ilə fərqlənir. Onun sözlərinə görə, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan iqtisadiyyatı düzgün istiqamətdə inkişaf etdirildi. Bu gün uğurlu siyasət öz bəhrəsini verməkdədir”.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub