Modern.az

Azərbaycanla İran arasında memorandum imzalanıb

Azərbaycanla İran arasında memorandum imzalanıb

17 Noyabr 2010, 16:43

Noyabrın 17-də Azərbaycana rəsmi səfərə gələn İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadı rəsmi qarşılanma mərasimindən sonra onu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qəbul edib.
Prezidentlər arasında keçirilən təkbətək görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etydiyi vurğulanbı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunularaq İran prezidentinin Azərbaycana rəsmi səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyi bildirilib.
Prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğulayıblar.
Görüşdə ikitərəfli və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

***
Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Mahmud Əhmədinejadın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Danışıqlardan sonra iki ölkə arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və İran tərəfdən xarici işlər naziri Mənuçehr Mottəki imzalayıblar.

Ardınca Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

***

İran prezidenti Azərbaycana Xəzəryanı ölkələrin noyabrın 18-də Bakıda keçiriləcək sammitində iştirak etmək və iki ölkə arasında münasibətlərə dair Azərbaycan rəsmiləri ilə danışıqlar aparmaq üçün gəlib. İran prezidentindən başqa sammitdə Rusiya, Qazaxıstan, Türkmənistan prezidentlərinin də Azərbaycana gəlişi gözlənilir.
Səfərdə Mahmud Əhmədinejadı xarici işlər naziri Manuçöhr Mottəki və energetika naziri Məcid Namju müşayiət edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi