Modern.az

İŞİD-dən yeni dəhşət – 4 yaşlı uşaq maşın partlatdı

İŞİD-dən yeni dəhşət – 4 yaşlı uşaq maşın partlatdı

11 Fevral 2016, 12:52

İŞİD qruplaşması daha bir tükürpədici video yayımlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə şəbəkədə yerləşdirilən videoda Britaniya vətəndaşı olan 4 yaşlı İsa Deyr detonatorun düyməsinə basmaqla arxasındakı avtomobili havaya uçurdur.  

Videoda iddia olunur ki, maşındakı 3 nəfər şəxs İŞİD-ə xəyanət etmiş casuslardır.  

Britaniya mətbuatı İsa Deyri “cihadi cunior” adlandırıb. O, həyatının böyük hissəsini İŞİD-in düşərgələrində keçirib.  

İsa Deyrin anası ingilis milliyətindən olan Qreys Deyrdir. O, İslam dinini qəbul edərək radikal terrorçulara qoşulmuşdu. Özünə Xədicə adı seçən Qreys Deyr ən böyük arzusunun İŞİD-in tərkibində baş kəsən ilk qadın olmaq olduğunu demişdi.

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir