Azərbaycan tərəfinin erməni əsirliyindəki uşaqlarla bağlı dəfələrlə bir sıra beynəlxalq təşkilatlara etdiyi müraciətlər cavabsız qalır. Modern.az-ın məlumatına görə, bu barədə BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illiyi ilə bağlı Milli Məclisdə keçirilən iclasda deputat Gülər Əhmədova bildirib.
“Təəssüflə qeyd edirəm ki, indiyə qədər əsir uşaqlarımızın aqibəti ilə bağlı heç bir cavab ala bilmirik”. G.Əhmədovanın sözlərinə görə, Azərbaycanda heç kim uşaq ölümünü istəməz və hamı bunun əleyhinədir. Sadəcə, bir gerçəklik var ki, uşaq ölümləri baş verir. Deputat YUNİSEF-ə çağırış edib ki, bu problemin aradan qaldırılmasında Azərbaycana yardım göstərsin. O, konkret olaraq təkliflə də çıxış edib. Millət vəkilinin təklifi YUNİSEF-in pediatr sahəsi və uşaq ölümünün aradan qaldırılması ilə bağlı maarifləndirmə mütəxəssislərinin yetişdirilməsində Azərbaycana kömək etməsilə bağlı olub.