Modern.az

Tovuzda ağır qəza: yaralılar var

Tovuzda ağır qəza: yaralılar var

Ölkə

26 Dekabr 2017, 22:11

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində baş verib. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan divara çırpılması nəticəsində iki nəfər, Əlibəyli kənd sakini 1989-cu il təvəllüdlü Quliyev Zülfüqar və Tovuz şəhər sakini 1997-ci il təvəllüdlü Tural Abdiyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan Z. Quliyevin vəziyyəti orta ağır,  T. Abdiyevin vəziyyəti isə normal qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...