Modern.az

Xaricdə “şortik” geyinən azərbaycanlılar...

Xaricdə “şortik” geyinən azərbaycanlılar...

Ölkə

13 Sentyabr 2012, 16:43

Və yaxud düşüncələrdəki zəncir...

Yaxın zamanların söhbətidir. Bir gün bir mağazada Azərbaycandan tanıdığım, çox hörmət elədiyim və cəmiyyətdə çox tanınan bir ziyalımızın xanımını gördüm. Alış-veriş eləyirdi. Salam-kəlamdan sonra onunla bərabər mağazaları gəzməyə başladıq. Diqqətimi bir nüans çəkdi. Xanım iki fərqli tərzdə alış-veriş edirdi. Təbii ki, bu mənim üçün bir nüans idi və o qədər də maraqlı deyildi. Ancaq xanım Azərbaycan mentalitetindən irəli gələn və iliyimizə işləyən ətrafındakılara açıqlama vermək məcburiyyəti ilə izah etməyə başladı:

“Bilirsiniz, yoldaşım “şortik” geyməyi çox sevir. Hər zaman deyir ki, kaş Azərbaycanda da küçədə belə rahat şortlarla gəzə biləydik. Yayın istisində yanırıq bu uzun şalvarlarda. Ancaq sən də bilirsən də, bizdə “şortik” geyinənə necə baxırlar. Bunu Azərbaycanda geyinsə, təsəvvür eləmək mümkün deyil nə olacaq. Hələ tanınmış bir insan olsa, biabır edərlər bizi. Bunları tətildə geyinmək üçün alırıq. Xaricdə mən də, yoldaşım da, uşaqlar da bunları geyinirik”. 

Başını yana çevirib “Hə, bu da gözəldi, Bakıda geyinərəm” - deyərək, dizdən olan ətəyi da seçib çantasına atdı.

“Baxıram, xaricdə insanlar nə rahatdır. Amma bizdə... Kaş ki, bizdə də belə olsa”...

Cəmiyyətin öndə gələn ziyalısı öz cəmiyyətində rahat deyil...  Bundan sonrasını siz düşünün...

Bu günlərdə Facebook-da şort geyinmək məsələsi müzakirə olunanda, bu hadisəni yenidən xatırlatdım. Şort sadəcə bir geyimdir. Ancaq Azərbaycanda bir basqa üsulu, namus atributu kimi qəbul olunur. Kişi şort geyinə bilməz. Kişinin şort geyinməsi sanki cinayətdir. Ancaq kişilər geyinmək istəyir. Əgər belə olmasaydı, Azərbaycandan kənara çıxan kimi xarici ölkələrdə ilk işləri şortla şəkil çəkdirib, Facebook-da paylaşmaq olmazdı. Yay fəsli ərzində belələrini mənim kimi siz də gördünüz... Azad demokratik cəmiyyət qurmaq istəyən insanların düşüncələri zəncir altındadır. Zəncirlənmiş beyinlər necə demokratik cəmiyyət qura bilər ki?!

Ölkədəki seçkilərin azad və demokratik keçirilməsi üçün savaşan bir siyasətçi şortunu çamadanına qoyub, başqa ölkədə geyinirsə, onun ölkəsində azad  cəmiyyət necə qurulacaq? Kimsə mənim bu sualıma cavab verə bilərmi?
İndi kimsə mənə durub şort namusdur, filandır deyə, mühazirə oxumağa qalxmasın. İstəyən geyinsin, istəməyən geyinməsin. Xaricdə yayda küçədə hamı şort geyinir. Ancaq heç kim rəsmi iş yerinə şortla getmir. Şort rahat geyim sayılır və rahat yerlərdə geyilir. Ancaq Azərbaycanda sort ilkin mənasından çoxdan uzaqlaşıb, hətta namus mənasına gətirilib. Məni şortun ilkin mənası deyil, məcazlaşmış mənası maraqlandırır. Sonra da şikayət edirik ki, azad cəmiyyət qura bilmirik. Qonşusu şort geyinib deyə, az qalsın məhəllədə qanı su yerinə axıdan Azərbaycan vətəndaşı, sən necə azad cəmiyyət qurmaq istəyirsən? Sən azad düşünə bilirsənmi?

Sadəcə, şortmu? Məsələ düşüncə, yanaşma tərzidir. Facebook-da müzakirə olunan məsəsələlər və onlara yazilan rəylər sözün əsl mənasında insani depresiyaya sürükləyir.
“Bu necə yanaşma tərzidir, bu nə münasibətdir” deyə heyrətə düşməyə bilmirsən.

Yadıma düşmüşkən, bu sort məsələsi Facebook-da müzakirə olunarkən xaricdə yaşayan bir rəfiqəmin yaşadıqlarını da yazaraq, mövzunu yekunlaşdırmaq istəyirəm. Söhbəti olduğu kimi sizə təqdim edirəm.

“Elza, keçən il Bakıya gedəndə elə utandım ki, bu il getmədim. Yoldaşım orda şort geyinib həyətə çıxanda, məhəllənin gəncləri qardaşımla xəbər yolladılar ki,  yoldaşım şortu əynindən çıxartsın. Qardaşım mənə deyəndə ki “ərinə de, əyninə şalvar geyinsin”, utandığımdan yerə girdim. Mən bunu ona necə deyə bilərdim. Ona bunun səbəbini necə izah edə bilərdim? Mənim  haqqımda nə düşünərdi?”...

Bu ara yazmasam ölərəm. Ramil Səfərovu erməni öldürdüyü üçün cinayətkar hesab eləyirik, ancaq Sezen Aksunu topa tuturuq, “Sarı gəlin”ə erməni mahnısı dediyi üçün...

Hə, bu arada Ramil Səfərov erməni öldürdüyünə görə, az qalsın xalq düsməni elan edildi. Görəsən şort əleyhdarlarından hər hansı biri bayrağa görə erməni öldürərmi..?

Ancaq yenə ümidsiz deyiləm, gənclər artıq bu komplekslərindən qurtulmaq üzrədir. Məsələlərin mahiyyətinə dönmək zamanı..

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı