Modern.az

Xocalı Rayon Məhkəməsinin yeni SƏDRİ

Xocalı Rayon Məhkəməsinin yeni SƏDRİ

Ölkə

13 May 2024, 13:28

Xocalı Rayon Məhkəməsinə hakim və sədr təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" Sərəncamda əksini tapıb.

 

Sərəncama əsasən, Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

 

Qeyd edək ki, T.Ələkbərov daha əvvəl Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?