Modern.az

YAP deputatlığa namizədlərin siyahısını tezliklə açıqlayacaq - Aparat rəhbəri

YAP deputatlığa namizədlərin siyahısını tezliklə açıqlayacaq - Aparat rəhbəri

Ölkə

1 İyul 2024, 11:20

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda  növbədənkənar parlament seçkiləri keçiriləcək.

Əsas müzakirə olunan məsələlərdən biri də hakim Yeni Azərbaycan Partiyasının  (YAP) deputatlığa namizələr siyahısında kimlərin adının olub-olmaması barədədir.

Modern.az xəbər verir ki, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

YAP rəsmisinin sözlərinə görə, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir: 

“Bir neçə gündən sonra YAP  İdarə Heyətinin toplantısı keçiriləcək və deputatlığa namizədlərimiz elan olunacaq”.

Yeni siyahıda hazırki deputatlardan kimlərin kənarda qalacağına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib: 

“Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövlərdə olduğu kimi, bəzi dairələrdə müstəqil namizədləri də dəstəkləyə bilər”.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...