Modern.az

Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı

Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı

Ölkə

15 Aprel 2026, 11:10

Respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü yekunlaşıb.

Bu barədə Modern.az-a “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

Bildirilib ki, istilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb.

"Mövsüm ərzində regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib", - deyə məlumatda qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi