Modern.az

Bu xəstəxananın direktoru da işdən çıxdı – TƏBİB-də dəyişikliklər genişlənir

Bu xəstəxananın direktoru da işdən çıxdı – TƏBİB-də dəyişikliklər genişlənir

Ölkə

21 Aprel 2026, 21:25

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.

Modern.az xəbər verir ki, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev də işdən çıxıb. P.Hacıyevin işdən azad olması üçün ərizəni aprel ayının 8-də, Anar Bayramov TƏBİB-in rəhbəri təyin edilməmişdən öncə yazıb. Tanınmış həkim bu vəzifəyə 2025-ci ilin oktyabrında təyin olunmuşdu. Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir.

(Bakupost)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV