Modern.az

Təkcə yerin altı deyil, yollarda da sıxlıq var

Təkcə yerin altı deyil, yollarda da sıxlıq var

Ölkə

Bu gün, 09:04

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Birinci Gölkənarı yol, Ziya Bünyadov prospekti istiqamətində;

5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

10. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

12. Babək prospekti, mərkəz istiqamətində;

13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

14. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

16. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

17. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Sizə yeni x var
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?