Modern.az

TƏBİB-dən yeni təyinatlarla bağlı TƏKZİB

TƏBİB-dən yeni təyinatlarla bağlı TƏKZİB

Ölkə

Bu gün, 12:40

Bəzi kütləvi informasiya vasitələrində TƏBİB tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur.

Məsələ ilə bağlı TƏBİB-dən Modern.az-a bildirilib ki, yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib.

Qeyd edək ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur. Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu, müvəqqəti xarakter daşıyır. 

Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!